"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun müsahibəsi
- Azərbaycan Premyer Liqasında yaranan 14 günlük fasilədən necə yaralana bilirsiniz?
- Bildiyiniz kimi, axırıncı oyunumuzdan sonra futbolçulara 4 günlük istirahət vermişdik. Bəzi futbolçularımız milli komandalarına yollanmışdılar. Ancaq qalanları məşqlərimizdə iştirak edirdi. Qəbələdə hazırlıq keçirik. Görürəm ki, çox məhsuldar işlədik. Ümid edirəm ki, bu, bizə kömək edəcək. Qarşıdakı oyunumuza hazırlaşırıq. Bu, "İnter”lə səfər matçıdır və hazırda yalnız həmin qarşılaşmanı düşünürük. Bu görüşdə qaydasında olacağımıza və qalib gələ biləcəyimizə ümid bəsləyirik.
- Turnir cədvəlində ən yaxın izləyiciniz olan "İnter” haqda nə düşünürsünüz?
- Söhbət "İnter”dən getmir. Bu, yaxşı komandadır, ancaq çempionatda bir sıra belə komandalar var. Biz onları ayırmırıq. Hər biri ilə oyuna bacardığımız qədər maksimal dərəcədə hazırlaşmağa çalışırıq. Meydanda maksimal gücümüzü qoyub, öz futbolumuzu göstərib, ən yaxşı nəticəni qazanmağa səy göstəririk. Bu, bizim yolumuzdur və hər bir matça belə yanaşacağıq. "İnter”lə qarşıdakı oyun da istisna deyil.
- "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun çempionatla bağlı fikirləri son günlər mətbuatda böyük müzakirə obyektinə çevrilib. O deyib ki, yerli klublar zəif olduqlarından, inkişaf edə bilmirlər...
- Bunu şərh edə bilməyəcəyəm. Çünki bu açıqlamanı nə eşitmişəm, nə də görmüşəm. Qurban Qurbanovun həmin sözlərini oxusaydım belə, bu mütəxəssisə çox böyük hörmətimin olduğunu bilirsiniz. Mən hansısa müzakirəyə girməyə cürət etməzdim. Sadəcə, Azərbaycan çempionatı haqda öz fikrimi söyləyə bilərəm. Hesab edirəm ki, indi Premyer Liqada çox yaxşı komandalar var. Həmin "İnter”, "Kəpəz”. Əminəm ki, "Neftçi” yaxın vaxtlarda medallar uğrunda mübarizəyə qoşulacaq. Ola bilər ki, bəzilərinin adını çəkmədim.
- Məsələn, "Sumqayıt”...
- "Sumqayıt”a qarşı oynamaq çox çətindir. AZAL istənilən komandadan xal almasının mümkün olduğunu dəfələrlə göstərib. Bir sözlə, bütün rəqiblərimiz güclüdür. Hesab edirəm ki, çempionat yaxşı səviyyəyə malikdir. Əlbəttə, mən də istərdim ki, 16 komanda olsun. Ancaq reallıqdan çıxış edirəm. Bizim üçün hər bir rəqib güclüdür. Çünki istənilən komandanı məğlub etmək çətindir. Axı mən başqa cür necə deyə bilərəm? Hiss edirəm ki, hər oyunda xalı çox böyük çətinliklə əldə edirik.
- Qurban Qurbanovun fikirləri "Qarabağ"ın prezidenti Abdulbari Gözəlin "Qəbələ"yə məğlubiyyətlərindən sonra açıqlamasından məlum olub. O, baş məşqçisindən nəticələrin niyə zəiflədiyini soruşanda "Yerli futbol klubları çox zəifdir, inkişaf edə bilmirik" cavabını alıb...
- Heç bir şəkildə bunu şərh etmirəm. Mənim sözlərimi belə də yazın. Çünki ilk növbədə, Qurban Qurbanovdan belə sözlər eşitməmişəm. Deməli, mənim heç bir şeyi müzakirə etməyə ixtiyarım yoxdur. Digər tərəfdən, Qurbanova böyük hörmət bəsləyirəm. Heç vaxt özümə yol vermərəm ki, başqa nəsə açıqlama verim. Siz məndən çempionat haqda soruşdunuz və mən sizə öz fikrimi bildirirəm. Mən həmişə həqiqəti deyirəm. Çempionatda bütün komandalar layiqli səviyyədədirlər, çox möhkəmdirlər. Ancaq mən ötən mövsümü və ya başqasını yox, hazırkı çempionatda oyunlarda üzləşdiyimiz çətinlikləri deyirəm. Bizə xal qazanmaq çox çətindir. Başa düşürük ki, özümüz heç də zəif deyilik, ardıcıl 2-ci ildir Avropa Liqasının qrupuna çıxmışıq. Ancaq çempionatdakı rəqiblərimiz bizə elə çətin anlar yaşadır ki, nəticədə xallarımızı çətinliklə əldə edirik. Bütün rəqiblərimizlə bağlı fikirlərim bax, belədir.
- Milli komandamız Çexiyada xal qazandığı matçda necə təsir bağışladı? Bu nəticəni gözləyirdinizmi?
- Dərhal diqqətimi çəkən məqam var ki, bunu mütləq demək istəyirəm. Bu, futbolda nəticə qazanmaq üçün vacib olan amil - futbolçuların ağlasılmaz əzmkarlığı, mübarizliyidir. Azərbaycanlı futbolçuların timsalında öz ölkəsinin milli komandası üçün necə oynamağın lazım olduğunun yaxşı nümunəsini gördük. Bu, məhz əzmkarlıq cəhətdən necə təsir bağışlamağın gərəkliyinin təcəssümü idi.
- Azərbaycan yığmasının artıq 7 xalı var, qol da buraxmayıb. Hər matçda final mərhələsinə vəsiqə uğrunda şanslar artır. Siz bu perspektivə necə baxırsınız?
- Millinin məhz belə söhbətlərdən uzaq qalmasını istəyirəm. Heç bir plan qurulmamalıdır. Sadəcə, növbəti oyunu düşünərək ona köklənməlidir. Bu, yalnız mənim fikrimdir. Son oyunda olduğu kimi, əzmkar oynamaq və oyunun özünü keyfiyyətcə bir qədər artırmaq lazımdır. Bunlar ancaq şəxsi mühakimələrimdir.
- İki futbolçunuz - müdafiəçi Məhəmməd Mirzəbəyovla hücumçu Ruslan Qurbanov hər 2 oyunda əsas heyətdə çıxış etdilər. Onların oyununa necə qiymət verərdiniz?
- Azərbaycan yığmasının oyununda elə bir mexanizm vardı ki, futbolçular meydanda bir-birilərinə görə necə mübarizə apardıqlarındən kimisə fərqləndirmək istəməzdim. Mən öz futbolçularımı ayırıb onlarını rolunu qeyd etsəm, bunun yeri olmaz. Biz yalnız komandadan danışa bilərik. Meydanda isə əsl komanda vardı.
Mənbə: sportnet.az
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi
"Fiorentina" səfərdə məğlub oldu
"Marsel" hücum xəttini gücləndirmək üçün hərəkətə keçdi
"Mançester Siti" onu satışa çıxardı
"Milan"dan Menyana rəsmi təklif
"Napoli" "Real"ın bu futbolçusunu istəyir
Qvardiola mümkün transferlər haqda
Bir oyun belə keçirmədən yeni klubunda rekorda imza atdı
"Barselona"nın yeni müdafiəçi planı
Bellinqem üçün sərvət ödəməyə hazırdırlar
"Yuventus"da Kenan Yıldız sevinci
Millimizin üzvləri uşaq sığınacağını ziyarət etdilər
“Real” Zidanı qaytarırmı?
Federasiya prezidentinə qarşı korrupsiya ittihamı
İlin ən yaxşı məşqçilərinin reytinqi
"Mançester Yunayted"in qələbə qolu - Video
Mərakeş qələbəni əldən verdi
“Mançester Yunayted” “Nyukasl”ı məğlub etdi
Salahın qolu Misirə qələbə qazandırdı - Video
“Traktor” səfərdə xal itirdi
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı