Millimizin futbolçuları dopinqdən keçibmi? - rəsmi açıqlama

Millimizin futbolçuları dopinqdən keçibmi? -  rəsmi açıqlama
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2016 / 14:18 6464
-  A +

Dünən milli komandamız DÇ-2018-in seçmə mərhələsində Norveç üzərində 1:0 hesablı qələbə qazanıb.
Qol.az-ın məlumatına görə, matçdan sonra millimizin 3 futbolçusu - Rəşad Sadıqov, Maksim Medvedev və Kamran Ağayevin dopnq testdən keçməsi haqda xəbər yayılıb.

Sözügedən qarşılaşmanın təşkilatçı meneceri, AFFA-nın texniki direktorunun köməkçisi Zaur Hacı-Məhərrəmov futbolxeber.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Dopinq testi barədə oyundan əvvəl məlumat alırıq. Bu cür hallarda oyundan əvvəl matçın meneceri olaraq məni dərhal dopinq otağına çağırırlar. Dünənki görüşdə isə heç bir futbolçumuz dopinq nəzarətindən keçməyib. Bütün otaqlar aşağıdadır. Yuxarıda hansısa oyunçu necə dopinq testdən keçə bilər?”

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq