Milli komandamız Norveçlə oyunda qalib gəlməklə öz qrupunda yüzfaizli nəticəyə imza atıb. Bundan əvvəl səfərdə San-Marinoya qalib gələn millimiz xalını 6-ya çatdırıb. Hazırda öz qrupunda ikinci olan millimiz yalnız vurulan və buraxılan topların nisbətinə görə lider Almaniyadan geri qalır.
Qol.az-ın məlumatına görə, dünənki uğurdan sonra millimiz DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında yarışan keçmiş SSRİ ölkələri arasında 2 turdan sonra ən yaxşı göstəricəyə imza atıb. Robert Prosineçkinin komandası postsovet məkanda 10 milli arasında (DÇ-2018-in təşkilatçısı olan Rusiya seçmə mərhələdən azaddır) 6 xal qazanan yeganə komandadır.
Azərbaycan - 2 oyun, 6 xal
Latviya - 2 oyun, 3 xal
Estoniya - 2 oyun, 3 xal
Ukrayna - 2 oyun, 2 xal
Litva - 2 oyun, 2 xal
Belarus - 2 oyun, 1 xal
Qazaxıstan - 2 oyun, 1 xal
Gürcüstan - 2 oyun, 0 xal
Moldova - 2 oyun, 0 xal
Ermənistan - 2 oyun, 0 xal
Qeyd edək ki, 2 turdan 6 xalı olan komandamız bu göstəricisi ilə bütün Avropa ölkələri arasında da ön sıralardadır. Azərbaycan, eyni zamanda qrupumuzun lideri Almaniyadan başqa, DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında oynayan 54 ölkə arasında yalnız İsveçrə, İngiltərə, Albaniya, Belçika və Yunanıstan 2 oyundan 6 xal toplayıblar.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”