“Dünən də oyunun çətin keçəcəyini demişdim. 90 dəqiqədən sonra xoşbəxt olduğumu deyə bilərəm. Komandam əzmkar oynadı. Bu, bütün Azərbaycan üçün vacib qələbədir. Rəqib bizə futbol oynamağa imkan vermirdi. Buna baxmayaraq, futbolçular bütün gücünü meydanda qoydu. Çətin rəqib üzərində qələbə qazandıq. Təəssüf ki, çox sevinməyə vaxtımız yoxdur. 3 gündən sonra bizi vacib oyun gözləyir. Komanda əlindən gələni etməlidir ki, Çexiyadan da yaxşı nəticə ilə qayıdaq”.
Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.
Xorvat mütəxəssis oyunsonrası mətbuat konfransında Çexiya ilə matçda heyətdə dəyişikliklər edəcəyini bildirib: “Oyundan sonra komanda ilə söhbətimiz oldu. Futbolçulara da bildirdim ki, çox sevinmək üçün vaxtımız yoxdur. Sabah bərpa məşqi etdikdən sonra səfərə yollanacağıq. Çexiya ilə oyunda heyətdə dəyişikliklər olacaq. Bu o demək deyil ki, kimsə zəif oynayıb. Sadəcə, bu oyunda futbolçular çox güc itiriblər. Bütün dünya 3 gündən bir oynayır. Biz də buna öyrəşməliyik. Bu qələbə bizə əlavə motivasiya verir ki, Çexiyadan da sərfəli nəticə ilə qayıdaq”.
Prosineçki oyundan öncə komandası üzərində böyük təzyiq olduğunu vurğulayıb: “Hər bir məşqçi üçün nəticə önəmlidir. Oyundan öncə komanda üzərində təzyiq böyük idi. Çünki hər kəs bidən qələbə gözləyirdi. Rəqibin heyətində yer alan futbolçuların əksəri İngiltərə Premyer Liqasında çıxış edir. Bu gün gözəl oyun göstərməsək də, meydana çıxan hər bir futbolçu əlindən gələni etdi. Ehtiyatda qalan futbolçular da meydanda bütün gücünü qoymağa hazır idilər. Məncə ilk dəfədir ki, Azərbaycan millisi seçmə mərhələyə ardıcıl 2 qələbə ilə başlayıb. Bu münasibətlə bir daha Azərbaycanı təbrik edirəm”.
Millimizin çalışdırıcısı Rauf Əliyev və Araz Abdullayevə şans verməməsi ilə bağlı sualı belə cavablandırıb: “Bu, mənim subyektiv fikrimdir. Məncə, Rauf Əliyev və Araz Abdullayev bu gün meydana çıxmağa tam hazır deyil. Yəqin ki, uduzsaydıq da bu sualı yenə mənə ünvanlayacaqdınız. Bəlkə də daha sərt formada. Heyətlə bağlı səhvə yol vermədiyimi düşünürəm. Ufuk Budakı Avstriya toplanışına dəvət etmişdim. Orada o məni oyunu ilə heyətə layiq olduğuna inandıra bilmədi. Ağabala Ramazanova gəldikdə isə o, çox sürətli futbolçudur. Onun oyunundan çox razı qaldım”.
Robert Prosineçki ilk gündən komandasına inandığını bildirib: “İlk gündən mən optimistəm. Komanda ilə tanış olanda da demişdim ki, bu futbolçularla nəticə qazana bilərik. Komandam bunu güclü rəqiblərə qarşı oyunlarda sübut etdi. Daha əvvəl İtaliya və Xorvatiya ilə oyunlarda da inamlı təsir bağışlamışdıq. Düzdür, İtaliyaya uduzsaq da, pis oynamamışdıq. Dediyim kimi, komandama inanıram. Düşünürəm ki, zaman keçdikcə, belə qələbələrin sayı artdıqca jurnalistlərin də, azarkeşlərin də yığmaya olan inamı artacaq. Bəlkə də biz möcüzəni birgə gerçəkləşdirəcəyik”.
O, azarkeşlərdən razılığını ifadə edib: “Azarkeşlərə minnətdaram. Bu gün stadiondan əla atmosfer var idi. Fanatlar ilk dəqiqədən futbolçuları qələbəyə səsləyirdilər. Bu uğurda onların da böyük rolu var. Ot örtüyü bu gün yaxşı vəziyyətdə deyildi. Dünən hətta problemlə üzləşmişdik. Məcburiyyətdən ehtiyat meydançada məşq etmişdik. Ümid edirəm ki, növbəti görüşlərdə vəziyyət daha yaxşı olacaq. Qələbədən sonra qazondan şikayətlənmək düzgün olmazdı”.
Sonda Robet Prosineçki bir daha 3 gün sonra yığmamızın Çexiyaya qarşı keçirəcəyi matçla bağlı sualı cavablandırıb: “Bu komandanın Avropa çempioantındakı çıxışını canlı izləmişəm. Amma qitə birincliyindən sonra heyətdə ciddi dəyişikliklər olub. Rəqibin heyətində gənclər yer alıb. Çexiya futbol ənənəsi olan ölkədir. Sabahdan Çexiya yığmasının oyununu analiz edəcəyik. Çalışacağıq ki, əzmkar oyunla səfərdən sərfəli nəticə ilə qayıdaq”.
Mərakeşli hücumçu 1-ci oldu
"Araz-Naxçıvan"da iki futbolçu məşqləri bərpa etdi
UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən açıqladı
İngiltərədə bu mövsümün ən yaxşı oyunçusu müəyyənləşdi
"Bu, cinayətdir" - Klopp
Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi
"Mançester Yunayted"in Ten Haq qərarı
ÇL-də həftənin ən yaxşı oyunçusu odur
Misli Premyer Liqasında 33-cü turun hakimləri bilindi
Bir dövrün sonu
Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli oldu
“Liverpul”un futbolçusu məşhur aktyorun qızı ilə sevgilidir
Bakıda Avropa çempionatı keçiriləcək
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
"Şamaxı"nın vacib səfər qələbəsi - Video
“Turan Tovuz”un futbolçusu 4 oyunluq cəzalandırıldı
"Qarabağ" - "Neftçi" matçının biletləri satışda
“Barselona” Pedrini satacaq
"Yaxşı ki, Belarusla qarşılaşdıq" - Millinin baş məşqçisi
Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd
Birinci liqanı tərk edəcək komanda bilindi
Ardıcıl 7-ci dəfə çempion oldular
Messiyə mükafat verildi
Volkan Demireldən istefa qərarı
Andrixin gözəl qolu, "Bayer"in qələbəsi - Video
“Olimpiakos”dan sürpriz, “Fiorentina”dan çətin qələbə
"Bayer" "Roma"ya qalib gəldi, Marseldə heç-heçə
London derbisini “Çelsi” qazandı
"İnter Mayami" Messinin daha bir dostu ilə danışıqlar aparır
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
“Sabah”ın Tərtərdəki seçimləri yekunlaşdı - Video
"Şamaxı"nı 2-ci pilləyə yüksəldən qələbə - Video
Avro-2024-ü buraxacaq
"Çelsi" Konteyə təklif göndərdi
"Qaradağ Lökbatan" "Araz-Saatlı"ya aman vermədi - Video
Tonalinin cəzası iki ay uzadıldı
Liderdən qələbə, "Şamaxı" 2-ci pilləyə yüksəldi
Ranqnik "Bavariya"dan niyə imtina edib?
"Real"ın kapitanı Messi ilə komanda yoldaşı olacaq
Fransa klubu baş məşqçisini istefaya göndərir
"Real" Marselonun oğlu ilə müqaviləni uzatdı
Rusiya millisi üçün yeni rəqib
Benzema "Real"ın bazasında
"Borussiya" Hummelslə bağlı qərar verdi