“İlk növbədə Azərbaycan millisini təbrik edirəm. Onlar bu gün layiqli qələbə qazandılar”.
Qol.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsində millimizə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
Hoqmo yenilginin səbəbini belə izah edib: “Təbii ki, bu nəticədən çox narazıyıq. Oyun ərzində şanslarımız olsa da? dəyərləndirə bilmədik. Bu gün qol vura bilmədik. Futbolda isə qol vurmadan qələbə qazanmaq qeyri-mümkündür”.
Norveç yığmasının çalışdırıcısı Bakı Olimpiya Stadionunun qazonundan da söz açıb: “Meydançanın vəziyyəti yaxşı idi. Oyun ərzində asmalardan çox istifadə etsək də, istəyimizə çata bilmədik. Bu gün Bakıda qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ötən seçmə mərhələdə Azərbaycan millisindən 4 xal almışdıq. Artıq növbəti görüşləri düşünməliyik”.
Hoqmo Azərbaycan yığması haqda da fikirlərini bölüşüb: “Biz hər zaman qələbə qazanmaq istəyirik. Azərbaycan yığmasının inkişafı göz önündədir. Ötən il milliniz Xorvatiyadan da almışdı, Norveçdən də. Azərbaycan millisi çox gözəl müdafiə olunurdu”.
O əlavə edib ki, hər iki oyunda uduzmalarına baxmayaraq, istefa verməyəcək: “Ötən mərhələdə Azərbaycandan 4 xal almışdıq. İstefa barədə düşünmürəm. Növbəti oyunlara hazırlaşacağıq. Əlbəttə, biz həmişə qələbə qazanmaq istəyirik. Amma Azərbaycanın millisinin inkişafı göz önündədir".
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”