Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov Hollandiyanın «Tvente» klubunun düşərgəsinə qoşulduqdan sonra Azərbaycan mətbuatında ilk müsahibəsini Qol.Az saytına verib.
- Artıq bir aya yaxındır ki, Hollandiyadasan. Orada sənə qarşı münasibət necədir?
- Burda hər şey yaxşıdır. Sağ olsunlar, hollandlar mənə qarşı xoş münasibət bəsləyirlər.
- Hollandiyada Azərbaycan futbolu ilə maraqlanırlarmı? Millimiz, yaxud klublarımız haqda hansı bilgilərə malikdirlər?
- Əlbəttə ki, maraqlanırlar. Hər halda maraqlanmasaydılar, mənim oyunumu necə görə bilərdilər. Onlara gərəkli informasiyaları əldə edirlər.
- Sənin gedişindən sonra “Tvente” bir neçə oyun keçirib. Hələ ki, əsas heyətə düşməkdə çətinlik çəkirsən. Əsas heyətə düşə bilməməyini nə ilə bağlayırsan?
- Bilirsiniz, mən buraya altı aylıq, yaxud bir illiyinə gəlməmişəm. Komanda ilə 4.5 illik müqaviləm var. Hollandiyaya gəldiyim ilk zamanlarda əsas heyətə düşməyə tam hazır deyildim. Bu normal bir haldır. Çünki dünyanın heç bir yerində görülməyib ki, komandayla təlim-məşq toplanışında olmayasan və həmin dəqiqə ilk onbirlikdə yer alasan. İnşallah, ən qısa zamanda əsas heyətə düşəcəm.
- “Tvente”nin əsas heyətində debüt edə bilməsən də, əvəzedici heyətdə artıq ilk oyununu keçirmisən. Almaniyanın “Bohum” klubuna qarşı matçın ilk 45 dəqiqəsində forma geyindin. Həmin oyunda necə təsir bağışladın?
- “Bohum”a qarşı oyun məşq xarakterli bir görüş idi. Məni meydana buraxdılar ki, oyunu hiss edə bilim. Burda hər şey peşəkarcasına qurulub. Komanda mənim haqqımda qərar verməyə tələsmir. Həmin oyunda pis çıxış etmədim. Ümumiyyətlə, mən öz oyunuma heç vaxt qiymət verməyi sevməmişəm. Yaxşısı budur, necə təsir bağışlamağım haqda baş məşqçiyə sual verəsiniz.
- Hazırda “Tvente”nin əsas, yoxsa əvəzedici heyəti ilə birgə məşq edirsən?
- Mən “Tvente”nin əsas komandasının oyunçusuyam! Əsas heyətlə məşqlərimi davam etdirirəm. Bir daha təkrar edirəm ki, “Bohum”a qarşı oyun adi bir məşq idi.
- Bayaq qeyd etdin ki, Hollandiyaya yollananda tam hazır deyildin. Bəs indi necə?
- Mən özümü “Tvente”nin əsas heyətində görürəm. Əgər belə olmasaydı, heç zaman bu kluba keçməzdim.
- Komandan sabah “Ayaks”la səfərdə növbəti oyununa çıxacaq. Həmin oyunda “18lik”də yer almaq ehtimalın var?
- Yox, heyətdə yer almayacağım dəqiqdir. Çünki zədə almışam. Və ola bilsin ki, çox ciddi bir zədədir. Bazar ertəsi dəqiq bilinəcək.
- “Bohum”a qarşı oyunda zədələndin?
- Xeyr, məşqdə zədələnmişəm.
- “Tvente” və “Qarabağ”ın məşq prosesi arasında nə kimi fərqlər var?
- Hollandiya futbolu tamam başqadır. Burda hər şey tamam başqa cür qurulub. “Qarabağ”ın öz metodikası var, “Tvente”nin ayrı.
- Asudə vaxtlarını necə keçirirsən?
- Əsasən evdə oluram. Hollandiyada tanıdığım çox insan yoxdur. Bu səbəbdən məşqdən çıxıb birbaşa evə yollanıram.
- Bakı üçün darıxırsanmı?
- Əlbəttə ki, darıxıram. Əgər desəm ki, darıxmıram yalançı olaram.
- Premyer Liqamızın oyunlarını izləmək imkanın olurmu?
- Saytlar vasitəsilə oyunların gedişatıyla tanış oluram. Amma hələ ki, televiziyadan matçları izləyə bilmirəm.
- Yəqin ki, sabiq klubun “Qarabağ”ın səfərdə “Neftçi”ylə qarşılaşdığı oyundan xəbərdarsan...
- Bəli. Əslində biz həmin oyunda “Neftçi”yə qalib də gələ bilərdik. Amma bu futboldur və burada istənilən nəticəylə qarşılaşmaq mümkündür. Növbəti matçlarda “Qarabağ”ın qələbələri sıralayacağına inanıram.
- Necə düşünürsən, “Neftçi” ilə oyunda yerin görsənirdi?
- Ümumiyyətlə, heç kim əvəzolunmaz deyil. Həmçinin də mən. Sadəcə yeni gələn futbolçuya komandanın oyun sisteminə bələd olması üçün vaxt vermək lazımdır.
- Sabah Varşavada Avro-2012-nin püşkatma mərasimi təşkil olunacaq...
- Püşkatmada bizimlə eyni qrupa hansı komandaların düşəcəyinin bir o qədər də əhəmiyyəti yoxdur. Əsas bizim göstərəcəyimiz oyun və qazandığımız xallar olacaq.
- Azərbaycandan kimlə əlaqə saxlayırsan?
- Valideynlərim, qardaşlarım və mənə doğma olan insanlarla tez-tez danışıram.
- Komandanın “Roda”ya qarşı keçirdiyi matçı tribunadan izləyirdin. Deyəsən sənə gül dəstəsi bağışlamışdılar...
- Bəli. Həmin gül dəstəsi mənə Hollandiyada yaşayan bir azərbaycanlı azarkeş tərəfindən təqdim olunmuşdu. Sizin sayt vasitəsilə ona bir daha təşəkkürümü bildirirəm.
- 20 yaşın olduğu halda Facebook sosial şəbəkəsində təvəllüdünü dəyişərək 1987-ci il yazmışdın. Bu nə ilə bağlı idi?
- Mən bütün bu olanları anlaya bilmirəm. Bunu görərək bəziləri mənim “lipa” futbolçu olduğumu yazıb. İndi də Facebook-da təvəllüdümü dəyişib 1977 yazmışam. Belə çıxır ki, mənim həqiqətdə də 33 yaşım var? Futbolla dərindən maraqlananlar mənim təvəllüdümü yaxşı bilirlər. Kimlərsə sensasiya yaratmaq istəyirdi. Bu da alınmadı.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu