Leau "Qalatasaray"a keçidindən danışdı

Leau "Qalatasaray"a keçidindən danışdı
XƏBƏR 29 Avqust 2026 / 14:30 643
-  A +

“Milan”dan "Qalatasaray"a transferi tamamlanmaq üzrə olan Rafael Leau İstanbul təmsilçisinə keçidindən danışıb.

QOL.az xəbər verir ki, bu haqda Nikolo Şkira məlumat yayıb.

27 yaşlı portuqaliyalı futbolçu bu gün İtaliyadan Türkiyəyə yollanıb. Leau yeni klubunda Çempionlar Liqasında oynamaq imkanından məmnun olduğunu deyib:

“Qalatasaray”a keçdiyim üçün çox şadam. Karyeramda yeni mühüm mərhələ başlayır. Çempionlar Liqasında oynamaq imkanına görə çox sevinirəm. Bu turnirdə yaxşı çıxış edə bilərik”.

Qeyd edək ki, Rafael Leau 2019-cu ildən “Milan”ın formasını geyinirdi. Daha əvvəl Türkiyə klubunun onun transferi üçün təxminən 45 milyon avro ödəyəcəyi bildirilmişdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner