"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Maynts"la oyundan (2:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyundan öncə futbolçularla söhbətimiz zamanı onlara demişdik ki, qrupdan çıxmaq üçün əlimizdə olan şansı dəyərləndirməliyik və bu oyunda mütləq qələbə qazanmalıyıq. Amma təəssüflər olsun ki, qələbəni qazana bilmədik. Hamınız gördünüz ki, oyun maraqlı keçdi. Bir çox epizodlarımız oldu, lakin istifadə edə bilmədik”.
- Müdafiədə çoxlu səhv olurdu. Ümumiyyətlə, komandanın oyunundan razı qaldınızmı?
- Hər komandada oyun zamanı səhvlər olur. Komandanın bugünkü oyunundan çox razı qaldım.
-“Qəbələ” qrupda ikinci məğlubiyyətini aldı. Bunu komandanın qrupdan çıxması üçün qırılma nöqtəsi hesab etmək olar?
- Məncə, hələ şans var.
-Bu məğlubiyyət komandanın ölkə çempionatındakı oyunlarına necə təsir edə bilər? Ötən il də komanda Avroliqadakı məğlubiyyətlərdən sonra çempionatda zəif çıxış etməyə başladı.
-Keçənilki “Qəbələ” ilə builki “Qəbələ” arasında çox fərq var. Bizim artıq əvvəlkinə nisbətən daha çox təcrübəmiz var. Əvvəl harada səhvlər etmişdiksə, bu il həmin səhvləri etməməyə çalışacağıq. Bunlar fərqli turnirlərdir. Buna görə də növbəti oyunlara daha yaxşı hazırlaşacağıq.
- Nika Kvekveskirinin yoxluğu hiss olunurdumu?
- Keçən oyunda da hiss etmişdik. Oyunçuların sayı məhduddur və meydanda olmayan hər bir futbolçunun yeri hiss olunur.
- Demək olarmı ki, "Qəbələ” bu gün oyunçu azlığına görə məğlub oldu?
-Bəli. Demək olar ki, əsas səbəblərdən biri də budur.
- Almaniya və Azərbaycan çempionatlarında fərq çoxdur. Lakin “Qəbələ” bura qədər gəlib çıxıb. Sizcə, qrupdan çıxmaq üçün nə lazımdır?
Açıq danışırıqsa, səviyyə fərqi çox böyükdür. Hər şey gəlib büdcəyə bağlanır. Biz çalışırıq ki, ölkəmizi və şəhərimizi layiqli şəkildə təmsil edək. Əlimizdən nə gəlirsə etməyə çalışırıq.
- Bəs Tale Heydərov büdcə barədə nə düşünür?
- Büdcəni açıqlamaq istəmirəm. “Maynts”ın büdcəsi bizimkindən 8 dəfə çoxdur. 1-2 transferlə güclənmərik. Səviyyə fərqi çoxdur.
- Roman Qriqorçukun adı başqa klubla hallananda "Qəbələ" eniş yaşayır...
- Siz nəyə eniş deyirsiz? Biz eniş yaşamırıq axı. Güclü rəqiblərə uduzmuşuq. Qəbul etmək lazımdır ki, rəqib çox güclüdür. Desəm ki, məşqçi taktiki səhv etdi, yalan deyərəm. Amma bu futbolçularla maksimum budur.
- Bu il “Qəbələ” Premyer Liqada çempion ola bilər?
- Onu zaman göstərəcək. Bütün turnirlərə ciddi hazırlaşırıq. Əvvəlcədən proqnoz verməyi sevmirəm. Əlimizdən gələni edirik.
- Premyer Liqada qol buraxmayan Bezotosnı Avropa Liqasında 2 oyuna 8 qol buraxıb...
- Fərqli turnirlərdir. Müqayisə etmək düzgün deyil. Hər gün bunu danışırıq. Çempionatımızı inkişaf etdirməliyik.
Məftun MAHİROĞLU
Artetanın Yıldız xəyalı
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video