Milli komandamızın və “Qarabağ”ın hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Vüqar, ilk öncə başlayaq “Neftçi” ilə qarşılaşmadan. Oyunun bu cür gərgin keçəcəyini gözləyirdin?
- Matç həqiqətən iki komanda üçün də çətin keçdi. Adətən, belə oyunlarda kim ilk qolu vurursa, o da qələbə qazanır. Bərabər səviyyəli oyun keçdi.
- Komandanızın qələbə qazanmamasına nə mane oldu?
- Bir neçə hücumlarımız oldu. Sadəcə olaraq, sonda həlledici nöqtəni qoya bilmədik.
- Aslan Kərimovun zərbə vurduğu epizodda top qapıdan keçsəydi, “Qarabağ” meydanı qələbəylə tərk edə biləcəkdi?
- Əslində onu bilmək olmazdı. Hər halda Aslan da zərbənin elə olmasını istəmirdi. Futbolda bu cür hallara rast gəlmək olur.
- “Neftçi”dən “Qarabağ”a qarşı bu cür oyun gözləyirdin?
- “Neftçi” matçın ilk 15 dəqiqəsinə çox yaxşı başladı. Adam qorxurdu ki, bu dəqiqə bizə qol vuracaqlar. Sonradan isə biz artıq özümüzə gəlməyə başladıq.
- Öz oyunun haqqında nə demək istəyirsən? Baş məşqçi Qurban Qurbanov görüşün ikinci hissəsində səni meydana buraxdı...
- Bilirsiniz ki, əməliyyatdan yenicə çıxmışam. Bu səbəbdən oyunlara hələ də tam hazır deyiləm. İnşallah, növbəti matçlarda yavaş-yavaş özümə gələcəyəm.
- “Neftçi” ilə oyunda Vaqif Cavadovun yeri görsənirdi? Bilirik ki, komandada bütün hücumlar onun üzərində qurulurdu. Vaqifin yoxluğunda komanda üçün problem meydana çıxmadı?
- Ümumiyyətlə, heç bir oyunçu əvəzedilməz deyil. Bununla belə, Vaqifin yoxluğu istər-istəməz oyunda biruzə verirdi.
- Premyer Liqanın növbəti turu çərçivəsində öz meydanınızda “Karvan”ı qəbul edəcəksiniz. “Karvan” qış fasiləsində önəmli transferlər etdi. Hətta sonuncu turda “altılığ”a iddialı olan “Simurq”u öz meydanlarında məğlub etdilər. Yevlax təmsilçisi Quzanlıda sizin üçün baş ağrısı ola bilərmi?
- Fikrimcə, “Simurq” “Karvan”a qarşı saymamazlıq etdiyi üçün məğlub oldu. Biz isə oyuna çox ciddi hazırlaşırıq. Meydana yalnız qələbə üçün çıxacağıq.
- Bazar günü Varşavada “Avro-2012”in püşkatması keçiriləcək. Ürəyindən hansı komandanın bizimlə bir qrupda yer almasını istəyərdin?
- Hansı komanda olursa-olsun çalışıb yaxşı oyun nümayiş etdirəcəyik. Hər şeyə püşkatmadan sonra aydınlıq gələcək. İspaniya və İngiltərə kimi nəhənglərlə bir qrupa düşməyimiz problem olmaz. Ən azından onlarla oyun bizim üçün təcrübə qazanmaq baxımından əlverişli olacaq. İnanıram ki, bu mərhələdə daha çox xal toplayacağıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu