Dünən “Simurq” üzərində qələbə qazanmaqla 2010-cu ilə uğurlu start verən “Karvan”ın baş məşqçisi Yunus Hüseynov Qol.Az saytına müsahibə verib.
- Dünən 2010-cu ilin ilk rəsmi oyununda komandanız çoxlarının gözləmədiyi halda “altılığ”a düşmək uğrunda mübarizə aparan “Simurq”u məğlub etdi. Bu nəticə sizin üçün gözlənilməz olmadı ki?
- Yox, mən bu nəticəni gözlənilməz hesab etmirəm. Hələ ötən ilin sonlarından deyirdim ki, qışda “Karvan” xeyli dəyişəcək. Yeni formalaşdırdığımız komandanın gücünü isə dünən hamı gördü. Uşaqlardan tam razı qaldım. Onlar verdiyim bütün tapşırıqları yerinə yetirdilər. Rəqib hesabı bərabərləşdirəndən sonra da qələbə qazanacağımıza inanırdım.
- Komandadan tam razı qaldığını dediniz. Amma ola bilməz ki, narazı qaldığını məqam da olmasın…
- Narazı qaldığım məqam deyəndə ki… Komandamızın əsasını yeni futbolçular təşkil edir. Onların əksəri oyun praktikasının yoxluğundan əziyyət çəkir. Götürək Zaur Ramazanovu. O xeyli müddət idi futbol oynamırdı. Qış fasiləsində də yoxlama oyunu keçirmək üçün rəqib tapa bilmirdik. Cəmi iki matçda qüvvəmizi sınadıq. Amma zamanla btünü problemləri həll edəcəyik. Oyundan-oyuna komanda daha da “artıracaq”.
- Dünənki qələbədə yeni transferlərinizin böyük rolu oldu. Bu fikirlə razısınız?
- Əlbəttə. Onlar komandanın qələbəsində böyük rol oynadılar. Amma oyunu bir neçə nəfər yox, bütün komanda udur. Yeni futbolçuların hamısından razı qaldım.
- Yeni futbolçulardan olan Emin Quliyevin də dünən meydana çıxacağı gözlənilsə də, o ehtiyatda qaldı…
- Eminin yüngül zədəsi var. Ayağı ağrıyırdı. Ona görə də riskə getmədim. Bir neçə günə Quliyev tam hazır olacaq. İnanıram ki, digər yeni futbolçular kimi Emin də növəti oyunlarda özünü göstərəcək.
- Ümumiyyətlə, “Karvan”ın qarşısına konkret olaraq hansı vəzifə qoyulub?
- İlk növbədə Premyer Liqadakı yerimizi qorumalıyıq. Eyni zamanda rəhbərlik qarşımıza turnir cədvəlində mümkün qədər çox irəliləmək tapşırığı qoyub. Çalışacağıq ki, növbəti oyunlarda da uğurla çıxış edək.
- “Karvan” qarşıya qoyulan tapşırığın öhdəsindən gələ biləcək?
- Əlbəttə! Mən buna tam əminəm.
- Dediniz ki, çalışacağıq növbəti oyunlarda da uğurla çıxış edək. Amma gələn tur “Karvan”ı səfərdə “Qarabağ”la oyun gözləyir.
- Həqiqətən də “Qarabağ” güclü rəqibdir. Heyətlərində ölkənin ən yaxşı gənc oyunçuları toplaşıb. Bununla belə, biz bu görüşdə də qələbə qazanmağa çalışacağıq.
- Düşünmürsünüz ki, hazırkı heyət mövsümün əvvəlindən sərəncamınızda olsaydı, indi “Karvan” başqa məqsədlər uğrunda yarışardı?
- Bu fikirlə tam razıyam. Əminliklə deyirəm - əgər bu futbolçular mövsümün əvvəlindən “Karvan”da olsaydı, biz yüz faiz “altılığ”a düşərdik. Mən buna heç şübhə də etmirəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu