“Turan”la matçda vurduğu qolla “Bakı”ya mühüm qələbə qazandıran Kürşat Duymuş görüşdən sonra Qol.Az saytına müsahibə verib.
- Kürşat, səni təbrik edirəm. “Bakı”nın heyətində keçirdiyin ilk çempionat oyundaca fərqlənməklə komandana mühüm qələbə qazandırdın.
- Təbrikə görə təşəkkür edirəm. Qol vurduğuma görə sevinirəm. Amma komandamın qələbə qazanmasına daha çox sevindim. Mən deyil, bir başqası da fərqlənsəydi, fərq etməzdi. Əsas olan 3 xal idi ki, onu da qazandıq. İlk yarıda da qol vura bilərdik. Bunun üçün şanslarımız oldu. Komandamız künc zərbəsi yerinə yetirərkən mən və Bates irəli gedirdik. Hələ ilk yarıda düşündüm ki, ya mən, ya da Bates qol vuracağıq. Bu matçdan 3 xalla ayrılmağı çox istəyirdim. Çünki bu, Azərbaycan çempionatında ilk oyunum idi. Buna görə də qələbəylə başlamaq istəyirdim.
- Amma etiraf et ki, gözlənilənin əksinə olaraq, “Bakı” çox çətin qələbə qazandı. Səncə, niyə belə oldu?
- Razıyam. Çox gözəl oyun izlədik desəm, yalan olar. Amma gəlin real danışaq da. İlk oyunlar həmişə çətin keçir. Bu gün də buna bir daha şahid olduq. Rəqibimiz bir o qədər güclü olmasa da, bizə layiqli müqavimət göstərdi. Bu cür oyunlarda pis oynayanda da, qələbə qazanmağı bacarmaq lazımdır. Necə ki, bu gün biz yaxşı oynamasaq da, 3 xalı əldə etdik. Komandamızın heyətində 4-5 yeni futbolçu var. Uyğunlaşma isə bir az zaman alacaq.
- Götürək səni. Həmin yeni oyunçulardan da biri sənsən. Komandaya tam uyğunlaşmaq üçün nə qədər zamana ehtiyacın var?
- Konkret vaxt demək düzgün çıxmaz. Amma mən zamana ehtiyacımız var deyərkən elə də uzun müddət nəzərdə tutmuram. Onsuz da çox elə vaxtımız yoxdur. Çempionatın başa çatmasına cəmi 3-4 ay qalıb. Bu gün Azərbaycan çempionatında ilk oyunumu keçirdim. Məncə qarşıdakı oyunlarda vəziyyətimiz daha yaxşı olacaq. Həm də komandaya nə qədər tez uyğunlaşsaq, bir o qədər yaxşı olar. Həm bizim, həm də komanda üçün. Mən zamana ehtiyacımız var deyəndə elə başa düşməyin ki, bəhanə gətirirəm. Yox, bu əsla belə deyil.
- “Turan” hesabı bərabərləşdirdiyi epizodda bir qədər mübahisə yarandı. Həmin anda hadisə yerində idin. Sən həmin epizod barədə nə deyə bilərsən?
- İlk növbədə onu deyim ki, şanssız bir qol buraxdıq. Məncə həmin epizodda qol deyildi. Bu, mənim subyektiv fikrimdir. Çünki həmin epizoda da top Şarliyada idi. Rəqib futbolçu isə top qapıçımızın əlində olarkən zərbə vurdu. Bununla belə, qələbə qazandıq ki, əsas da budur.
- Baş məşqçiniz Bülənt Qorxmaz mətbuat konfransında meydançanın ot örtüyünün durumundan şikayətləndi. Həqiqətənmi bugünkü meydançada mübarizə aparmaq çətin idi?
- Mən də Bülənt hocanın fikriylə razıyam. Bərbad olduğunu demək olmaz, amma yaxşı idi desəm də, yalan olar. Hər halda gələn oyunlarımız üçün meydan durumunun daha yaxşı olacağına ümid edirəm. Çünki ot örtüyü nə qədər yaxşı olsa, bizim üçün də oynamaq bir o qədər asan olar. Çünki bu cür meydanda top sənə ötürülərkən, bilmirsən ki, topa qəbul edəsən, yoxsa komanda yoldaşına ötürmə verəsən.
- Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır, deyiblər. Sən də Azərbaycan futbolu haqda məlumatlı olsan da, bu gün ilk dəfə çempionat oyununda meydana çıxdın. Təəssüratların necədir?
- Həqiqətən də kənardan olarkən insan çox şey düşünə bilər. Amma meydanda çıxanda tamam fərqli şeylər görürsən. Məncə, Azərbaycan çempionatında oynamaq bir çoxlarının düşündüyü kimi elə də asan deyil. Hələ yalnız bir oyunda meydana çıxmışam, bir neçə turdan sonra bu suala daha ətraflı cavab verə bilərəm.
- İlk baxışdan Azərbaycan çempionatında səni məyus edən, təəssüfləndirən hər hansı məqam oldu?
- Mən stadiona bu qədər az sayda azarkeşin gəlməsinə təəssüflənirəm. Başa düşmürəm ki, insanlar necə futbola bu qədər biganə yanaşa bilirlər? Çox istərdim ki, tribunalar tam dolu olmasa da, heç olmasa arenada 6-7 min azarkeş olsun. Axı futbol məhz onlar üçün oynanılır.
- Həftə sonu “Bakı”nı “Neftçi”ylə çətin oyun gözləyir. Qarşıdakı matçın sizin üçün daha ağır keçəcəyi şübhəsizdir. Növbəti oyun haqda nə düşünürsən? Ümumiyyətlə, “Neftçi” haqda hansı məlumatlara sahibsən?
- “Neftçi” haqda çox eşitmişəm. Bilirəm ki, Azərbaycanın ən köklü klubudur. Bugünkü gündə də iddialı klublardan biridir. Heyətlərində səviyyəli futbolçular cəmləşib. Bununla belə, biz qarşıdakı matça da 3 xal üçün çıxacağıq. Çünki qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün xal itkisinə yol verə bilmərik. Həmin oyundan da 3 xalla ayrılsaq, “altılığ”a düşmək baxımından böyük bir addım atmış olacağıq. Düşünürəm ki, bazar günü biz bugünkündən də yaxşı oynayacağıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu