İbrahimoviçdən diqqətləri üzərinə çəkəcək – Video

İbrahimoviçdən diqqətləri üzərinə çəkəcək – Video
VİDEO 7 Sentyabr 2016 / 15:17 3943
-  A +

“Mançester Yuneyted”in yeni transferi Zlatan İbrahimoviç bu həftə “Mançester Siti”yə qarşı keçiriləcək derbiyə diqqət çəkmək üçün maraqlı addım atıb.

Qol.az-ın xəbərinə görə, özünün rəsmi İnstagram səhifəsi vasitəsində yayımlanan videoda İbra bir neçə məşq formasını ayrı-ayrı bağlamalara yığaraq onu “Mançester Siti”nin qapıçısı Klaudio Bravoya göndərir.
“Mançesterə xoş gəldin. Bu bağlamaların içində məşq üçün bəzi əşyalar var. Bu, sənə lazım olacaq. Şənbə günü görüşənədək!” – deyə İbrahimoviç paylaşdığı videonun şərhində yazıb.



Son xəbərlər
topaz banner