Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Ümumdünya Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnləri səslənib.
Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.
Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edib. O, Azərbaycan xalqını idmançıların Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında qazanılan medallara görə təbrik edib. Təşkilat Komitəsinin sədri idmanın inkişafında ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısını vurğulayıb:
"İnanıram ki, Bakı Şahmat Olimpiadası ərzində idmançılar şahmat taxtası arxasında mübarizə aparmaqdan əlavə, vaxt tapıb gözəl Bakı şəhərini də gəzəcəklər. İdman sahəsində Azərbaycanın bütün nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli liderinin uzaq görən siyasəti, qoyduğu təməl, bu gün öz bəhrəsini göstərməkdədir. Bu sayədə Azərbaycanda şahmatın inkişafı göz qarşısındadır. Şahmatçılarımız öz nailiyyətləri ilə xalqımızı sevindirməkdədir. Qazanılan nəticələr göz qabağındadır. İnanırıq ki, şahmatçılarımız xalqımızı sevindirməkdə davam edəcək".
Sonra FIDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib. O, Azərbaycanda idmanın inkişafına ayrılan diqqətdən söz açıb və ölkədə keçirilmiş vacib idman yarışlarından danışıb: "Bakı şəhəri Azərbaycanın gəzməli, görməli yeridir. Şahmat olimpiadasının keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu olimpiadanın şahmat bayramı olacağına tam inanıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.
Sonra 176 nağaraçının iştirakı ilə bayraqlarla parad nümayiş olunub.
İştirakçı ölkələrin bayraqlarının paradı təşkil edilib. Kompleks dünya xəritəsinə çevriləcək və ritmik musiqi eləcə də 176 nağaraçının müşaiyəti ilə ölkələrin bayraqları tamaşaçılara təqdim edilib.
Daha sonra ilk turda qara və ya ağ fiqurlarla oynayacaq komandaları müəyyənləşdirmək üçün baş hakim tərəfindən püşk atılıb.
Olimpiadanın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov içərisində qara və ya ağ fiqurun olduğu imitasiya olunmuş şahmat fiqurunun içərisindən iştirakçıların siyahısında sıra nömrələri cüt olan yığma komandalar sırasında oyunun hansı fiqurla başlanacağını müəyyən edib.
Mərasim Azərbaycan musiqisinin 5 tanınmış nümayəndəsinin çıxışı ilə yekunlaşıb. Burada caz, rok və muğamın sintezində maraqlı musiqi nömrəsi canlandırılıb.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı