“Olimpik-Şüvəlan”ın yarımmüdafiəçisi İlqar Qurbanovun Qol.Az saytına müsahibəsi
- İlqar, komandanızın Antalyadakı təlim-məşq toplanışı necə keçdi?
- Hər şey gözəl idi. Şərait, meydançalar yüksək səviyyədə idi. Yoxlama görüşlərində qüvvəmizi sınadıq. Açığı, adam heç qayıtmaq istəmirdi.
- Antalyada hazırlıqda olarkən bir neçə Türkiyə klubu ilə danışıqlar apardığın bildirilirdi...
- Bəli. Bank Asiya birinci liqasında çıxış edən “Orduspor”, “Adanaspor” və “Samsunspor” mənimlə yaxından maraqlanırdı. İndinin özündə də “Samsunspor” məni heyətində görmək istəyir. Amma bu klublarla müqavilə bağlamağı mən özüm istəmədim. Həmin klubların mənimlə bir-iki illik müqavilə imzalamaq fikirləri var idi. Mən isə üç aylıq müqavilə istəyirdim. Çünki indidən o klublarla uzunmüddətli müqavilə bağlayıb sonra peşman olmaq istəmədim. Axı, onlar mövsümün sonunda ikinci liqaya düşə bilərdilər. Buna görə risk etmədim. Birdə ki, həmin klubların mənim transferim üçün “Olimpik-Şüvəlan”a pul ödəmək fikirləri yox idi. İstəyirdilər ki, transfer haqqımı klubuma özüm ödəyim. Mən isə bununla razılaşmadım. Çünki “Olimpik-Şüvəlan”a pul qazandırmaq istəyirdim.
- Bizim sayta açıqlamanda bildirmişdin ki, artıq yayda Azərbaycanı tərk etmək istəyirsən...
- Mən Azərbaycana millidə oynamağa şans qazanmaq üçün gəlmişdim. İstəyirdim ki, oynayım və millinin heyətinə dəvət alım. Amma təəssüf ki, hələ milliyə çağırılmıram. Qışda Türkiyə klublarına keçmək barədə düşünürdüm. Çünki həqiqətən mənə ciddi təkliflər var idi. Hətta onlar Bakıya gələrək “Olimpik-Şüvəlan”la danışıqlar apardılar. Yəni demək istədiyim boş söhbətlər deyildi. Mən yalandan özümü reklam edən futbolçulardan deyiləm. Təklif olmayanda da deyirəm ki, yoxdur. Sadəcə bayaq qeyd etdiyim kimi, təklifləri özüm qəbul etmədim. İndi fikrim daha yaxşı forma yığaraq yayda yenidən Türkiyəyə getməkdir. Taleyin işini bilmək olmaz. Bəlkə də Superliqa klubuna keçərəm.
- Komandanız bir neçə yeni transferlər etdi. Səncə, “Olimpik-Şüvəlan” indi daha güclüdür?
- Biz əvvəllər də yaxşı çıxış edirdik. Çempionatda keçirdiyimiz son oyunlar da göstərdi ki, komanda yaxşı vəziyyətdədir. Həm “Bakı”, həm də “Neftçi”yə qarşı yaxşı oyun nümayiş etdirdik. Yeni transferlərlə komandanın daha da güclənəcəyinə inamım böyükdür.
- Sabah qış fasiləsindən sonra ikinci dövrədə ilk oyununuza çıxırsınız. “Qəbələ”ylə oyun barəsində nə düşünürsən?
- Bilirsiz, bütün komandalar Antalyada yaxşı hazırlıq keçiblər. Sabah qış fasiləsindən sonra ilk oyun olduğundan hər kəs var qüvvəsi ilə çıxış edəcək. Təbii ki, bizim üçün çətin olacaq. Amma qalib gələcəyimizə inanıram.
- Oyuna proqnozun necədir?
- Məncə komandamız 1:0, yaxud 2:0 hesabı ilə qələbə qazanacaq.
- Bu gün mətbuatda “Olimpik-Şüvəlan”ın “Qəbələ” ilə danışıqlara gedəcəyi və oyunu “Qəbələ”yə verəcəyi barəsində fikirlər yer almışdı...
- “Olimpik-Şüvəlan” oyunu “Qəbələ”yə verəcək? (təəccüblə) Vallah belə şey olmaz. Bu artıq bizim komandaya atılan şərdir. Biz hamımız peşəkar futbolçularıq. Hamımızın bir qüruru var. Əgər oyunu verəcəyiksə, onda daha meydançaya çıxmağın nə mənası? Əgər belə bir şey olsa, mən bir dəqiqə belə “Olimpik-Şüvəlan”da qalmaram.
- “Olimpik-Şüvəlan”ın “altılıq” şanslarını necə dəyərləndirirsən?
- Komandamızın keçirəcəyi ilk iki oyundan çox şey asılıdır. “Qəbələ” və “Muğan”la görüşlərdə xal itirsək, bizim üçün problemlər meydana çıxacaq. Əks təqdirdə şanslarımızı saxlayacağıq. Qeyd etdiyim bu iki oyunun nəticəsi bizim “altılıq” taleyimizi həll edəcək.
- Səncə, heyət olaraq “Olimpik-Şüvəlan” “Qəbələ”dən güclüdür?
- Mən deməzdim ki, “Qəbələ” bizdən üstündür. Amma “Qəbələ” həqiqətən yaxşı komandadır. Mən Qəbələyə gedəndə onların şəraitlərini gördüm. Çox gözəl şəraitləri var. Məncə, “Qəbələ” “Xəzər Lənkəran”dan sonra ikinci gözəl infrastruktura malik bir kluba çevrilir. Baş məşqçi Ramiz Məmmədov yaxşı mütəxəssisdir. Yaxşı futbolçuları var. Hətta bizdən Kamara da onların heyətlərinə cəlb edildi. Hər halda hər şeyə sabah meydanda aydınlıq gələcək.
- “Neftçi”yə keçidin gündəmdə idi. “Ağ-qaralar”a transferin niye reallaşmadı?
- Vallah nə deyim. Alınmadı. Sonda “Olimpik-Şüvəlan”da qalmağa üstünlük verdim.
- Bibin oğlu Vaqif Cavadovla əlaqə saxlayırsanmı?
- Hə, dünən telefonda danışdıq. Bilirsiniz ki, iki gündür artıq məşqlərdə iştirak edir. İlk “18-liy”ə salınmamasından xəbərdaram. Məncə, bu, belə də olmalıydı. Özünə də dedim ki, sən böyük bir iş görmüsən. Səbrli ol. Hələ tələsmə. Yaxşı forma yığ və baş məşqçinin səns şans verəcəyi anı gözlə.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat