Fevralın 3-də «Qarabağ»a qarşı keçiriləcək vacib oyunöncəsi «Neftçi»nin baş məşqçisi Vaqif Sadıqov Qol.Az-ın suallarını cavablandırıb
- Bu mövsüm «Neftçi»yə qayıtdıqdan sonra ilk oyununuzu «Qarabağ»a qarşı keçirdiniz və məğlub oldunuz. O zaman komandada ciddi problem var idi. Bəs, indi vəziyyət necədir?
- Bəli, dediyiniz kimi, ilk dövrədə «Qarabağ» bizə qalib gəldi. Bu mənada, «Neftçi» həmin məğlubiyyəti unutmur. Hazırda komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Biz başa düşürük ki, çempionatda daha yaxşı çıxış etmək və uğurlu nəticələr göstərmək üçün «Qarabağ»la oyun dönüş nöqtəsi olacaq. Ona görə də qarşıdakı oyuna diqqətlə və ciddi hazırlaşmışıq.
- Qış fasiləsində «Neftçi»yə dörd yeni futbolçu gətirdiniz. Artıq demək olarmı ki, bu transferlər sayəsində komandanızda boşluqlar aradan qaldırılıb?
- Men belə fikirləşmirəm. Ayrı-ayrı mövqelərdə hələ də boşluqlar qalıb. Antalyada keçirdiyimiz təlim-məşq toplanışında komandamıza bir neçə futbolçu baxışa gəldi. Biz də onların arasından ən yaxşılarını seçib «Neftçi»yə cəlb etdik. Komandada sağlam rəqabət yaradılıb, futbolçular işlərinə peşəkar şəkildə yanaşırlar. Əsas heyətə düşmək üçün hər bir futbolçu istəklə mübarizə aparır.
- Bəs dediyiniz boşluqlar konkret hansı mövqelərə aiddir?
- Bu barədə danışmağım doğru olmazdı. Hərçənd bir məşqçi olaraq boşluqları görürəm. Ancaq bir daha təkrar edirəm ki, futbolçular böyük məsuliyyət hiss edirlər və işlərinə peşəkar şəkildə yanaşırlar. Komanda sağlam rəqabəti qəbul edib. Bu mənada, ən yaxşılar əsas heyətdə yer alacaqlar.
- Siz «Qarabağ» komandasını yaxşı tanıyan azsaylı mütəxəssislərdənsiniz. Bu mövsüm avroliqadakı oyunlar zamanı komandayla birgə olmusunuz. Bu mənada, «Qarabağ» komandasından ən çox nəyə görə ehtiyatlanırsınız?
- «Qarabağ»ın rəhbərliyi və baş məşqçisi birgə uğurlu işin nəticəsində yaxşı futbolçular seçiblər və güclü komanda yaratmağa müvəffəq olublar. Millinin özəyini «Qarabağ»ın futbolçuları təşkil edir, komandanın gənc futbolçuları özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Ancaq buna baxmayaraq, oyunda taktikamızı onların bildiyimiz üstün keyfiyyətlərinə uyğun quracağıq. «Qarabağ»da ən başlıcası komanda ruhu, komanda oyunu var. Biz ilk növbədə meydançada onlara komanda oyununda uduzmamağa çalışacağıq.
- «Qarabağ»a qarşı keçirdikləri oyundan sonra «Bakı»nın baş məşqçisi Bülənt Qorxmaz Ağdam klubunu Azərbaycanın ən yaxşı komandası adlandırmışdı. Vacib oyunöncəsi sizin bu fikrə münasibətinizi bilmək istərdik.
- Mən hesab edirəm ki, birinci dövrəni lider kimi başa vuran, fasiləyə liderlər qrupunda yer alan komanda kimi gedən bir kollektiv haqda yalnız xoş sözlər söyləmək olar. «Qarabağ» komandasının avrokuboklardakı oyunlarını hələ də xatırlayırıq. Bu mənada, mən də «Qarabağ»ın Azərbaycanın ən yaxşı komandalarından biri olması fikri ilə razıyam.
- İlk dövrədə «Neftçi»nin «Qarabağ»la oyunda məğlubiyyətinə səbəb olan qolun müəllifi Vaqif Cavadov idi. Bildiyiniz kimi, «Qarabağ» lider oyunçusunu Hollandiya «Tvente»sinə transfer edib. Sizcə, bu amil fevralın 3-də keçiriləcək qarşılaşmada daha çox «Qarabağ»ın ziyanına, yoxsa «Neftçi»nin lehinə işləyəcək?
- Bunların heç biri olmayacaq. Bəli, Vaqif «Qarabağ»ın liderlərindən biri olub. Amma yuxarıda dediyim kimi, «Qarabağ»da ən əsası komanda oyunu var. Bu komanda öz oyununu bir nəfərin deyil, meydanda olan 11 nəfərin üzərində qurur.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat