“Qarabağ”ın rəqibi Bakıya məğlubiyyətlə gəlir (Video)

“Qarabağ”ın rəqibi Bakıya məğlubiyyətlə gəlir (Video)
VİDEO 21 Avqust 2016 / 21:12 3050
-  A +

Avropa liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Göteborq” İsveç çempionatında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Yorgen Lennartsson komandası 19-cu turda "Hammarbü”nün qonağı olub.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Göteborq” 32 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ı məğlub edən (1:0) "Göteborq" avqustun 25-də Bakıda təmsilçimizlə cavab oyununa çıxacaq.



Son xəbərlər
topaz banner