“Neftçi”nin və Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun Qol.Az saytına müsahibəsi
- Ruslan, komandanın Antalyada keçirdiyi təlim-məşq toplanışına zədən ücbatından bir qədər gec qatıldın. Ümumiyyətlə toplanış sənin və komandan üçün necə keçdi?
- Mən təlim-məşq toplanışına yanvar ayının 22-də qoşuldum. Orada hər şey qaydasında idi. Ayın 23-də artıq tikişim söküldü. Bundan sonra fərdi məşqlərə başladım. Şükür Allaha, indi hər şey qaydasındadır.
- Zədən nə yerdədir?
- Zədəm demək olar ki, artıq düzəlir. Həkimlər diaqnoz qoymuşdu ki, 3 həftə sonra rahat oynaya bilərsən. Artıq həmin müddət 3 gündən sonra başa çatır. Hələ ki, komandaya tam qoşulmamışam. Topla yüngül işləyirəm, fərdi şəkildə qaçıram.
- Fevral ayının 3-də komandanı “Qarabağ”la çətin görüş gözləyir. Bu matçda iştirak edə biləcəksən?
- Çox güman ki, yox. Hələ ki, özümü tam hazır hesab etmirəm.
- Yəqin mənimlə razısan ki, “Qarabağ”la oyun komandanız üçün çox çətin keçəcək...
- Bilirsiniz, ümumiyyətlə komandamızı bir-birindən çətin beş oyun gözləyir. Həmin oyunlardan dördünü ilk “altılıq”da qərarlaşan komandalarla keçirəcəyik. Bütün oyunlara yalnız qələbə qazanmaq üçün çıxacağıq. Qələbələri sıralayıb ilk “altılıq”da yerimizi möhkəmləndirmək istəyirik. Bundan sonrakı məqsədimiz həm çempionluq, həm də ölkə kubokunu qazanmaqdır.
- Komandanız heyəti gücləndirir. “Neftçi” təlim-məşq toplanışından sonra heyətə üç yeni oyunçu cəlb etdi...
- Əgər baş məşqçimiz Vaqif Sadıqov həmin oyunçuları bəyənibsə, deməli, onlar “Neftçi”də oynamağa layiqdirlər. Mən inanıram ki, həmin oyunçular “Neftçi”də özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Bütün komanda arzulayır ki, onlar komandaya ən qısa zamanda uyğunlaşa bilsinlər.
- Bir qədər gecikmiş olsa da, Vaqif Cavadovun “Tvente”yə transferi ilə bağlı sənin də fikirlərini öyrənmək istərdik...
- Vaqif Hollandiyaya gedərkən yolu bir getdik. O, Hollandiyaya, mən isə Almaniyaya yollanırdım. Mən Vaqifin özünə də bunu dedim. Onun xarici kluba keçməsinə ən çox sevinənlərdən biri də mənəm. İnşallah, Vaqif “Tvente”də karyerasının ən parlaq dövrlərini yaşacaq. Demirəm ki, Cavadov birdən-birə ulduz futbolçuya çevriləcək. Onsuz da Avropada gənc oyunçuları alıb yetişdirirlər ki, gələcəkdə ondan istifadə edə bilsinlər. Vaqifin üzərinə böyük məsuliyyət düşür. Mən inanıram ki, bu işin öhdəsindən gələ biləcək.
- Xaricə transfer olunanlar sırasında sənin də adın çox hallanırdı... Amma nədənsə transferin gerçəkləşmədi. Buna nə mane oldu?
- Vallah, məndə hər şey yaxşı gedirdi. Təkliflər var idi. Ad çəkmək istəmirəm. Reklam xatirinə də bu sözləri demirəm. Əgər inanmırsınızsa, zəng edib “Neftçi”nin özündən bunu maraqlana bilərsiniz. Zədələnməyim heç yerinə düşmədi. Amma bir tərəfdən də sevinirəm ki, fasilə zamanı zədələndim. Çempionat oyunları vaxtı olsaydı, komandama kömək edə bilməyəcəkdim.
- Əgər “Neftçi” avrokuboklara vəsiqə qazansa o zaman nə edəcəksən? Komandada qalıb oyunlarda iştirak edəcəksən, yoxsa xaricə yollanacaqsan?
- Mənim qabaqcadan bu barədə fikir bildirməyim bir qədər düzgün çıxmaz. Amma onu deyim ki, əsas məqsədim yayda ölkəni tərk etməkdir. Artıq bunu sözdə yox, əməldə sübut etmək istəyirəm.
- Özündən savayı daha hansı oyunçularımızı xaricdə oynamağa layiq görürsən?
- Belə oyunçularımız çoxdur. Məsələn, Elvin Məmmədov və Vüqar Nadirovun adlarını çəkə bilərəm. Sadəcə, hələ ki, Avropada Azərbaycan futboluna barmaqarası baxırlar. İnşallah, Vaqif öz oyunuyla bizdə də yaxşı oyunçuların olduğunu sübut edər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat