Rusiya millisində yeni baş məşqçi – rəsmi

Rusiya millisində yeni baş məşqçi – rəsmi
GÜNDƏM 11 Avqust 2016 / 13:42 3689
-  A +

Rusiya milli komandasına yeni baş məqşçi təyin edilib.

Qol.az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, müvafiq qərar Rusiya Futbol İttifaqının (RFİ) İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.

Qərara əsasən, bu vəzifə Stanislav Çerçesova həvalə olunub. Onunla 2 illik - DÇ-2018-in son oyununa qədər müqavilə imzalanıb.

RFİ məlumatı təsdiqləyib.

Xatırladaq ki, 52 yaşlı mütəxəssis buna qədər “Terek”, “Amkar”, “Dinamo” və “Legiya” (Polşa) klublarını çalışdırıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner