“İşlərimizi buna görə qurmuşuq” – Qriqorçuk

“İşlərimizi buna görə qurmuşuq” – Qriqorçuk
GÜNDƏM 8 Avqust 2016 / 21:34 6298
-  A +

"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının I turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın apasport.az saytının məlumatına görə,  ukraynalı mütəxəssis 2:0 hesabı ilə bitən qarşılaşmanı belə şərh edib.
 
- Teo Uiksin əvəzlənməsi nə ilə bağlı idi?

- Əvəzləməni müzakirə etmək istəmirəm. Burda xüsusi fərqli bir şey yox idi.
 
- Rəşad Sadiqov zədələnməsəydi, Tellur Mütəllimovu meydana buraxacaqdınız?

- Həmin an üçün olan vəziyyətə görə qərar verdim.
 
- "İnter"lə oyun barəsində nə deyə bilərsiniz? Onların "Qarabağ"la matçına baxmısınız?

- Xeyr, baxmamışam. Vaxtımız olmayıb. Sabahdan rəqibi analiz edəcəm.
 
- Legioner limiti sizi çox düşündürdü?

- Limitin faydası var. Bu əvvəldən verilən qərardı və biz də buna görə işlərimizi qurmuşuq.

Daha çox


Son xəbərlər