Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov mübarizəyə qoşulub.
Qol.az-ın məlumatına görə, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gəlib. Rəqibini məğlub edən O.Səfərov növbəti 1/8 finala yüksəlib. O, bu mərhələdə Otar Bestayevə (Qırğızıstan) ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən O. Səfərov yarımfinala yüksəlib. Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz finalın bir addımlığında rəqibinə vaza-ari xalı ilə məğlub olub. O,
bürünc medal uğrunda yaponiyalı idmançı Naohisa Takato ilə mübarizə aparıb və rəqibinə məğlub olub.
İlk yarış günündə daha 7 idmançımız mübarizəyə başlayıb.
Bakı vaxtı ilə saat 16:30-da start götürən yarışda velosipedçimiz Maksim Averin velosipedin şose növündə qüvvəsini sınayıb. 144 idmançının mübarizə apardığı yarışda cəmi 63 velosipedçi finiş xəttinə kimi gələ bilib. Təmsilçimiz də finişə çata bilməyib.
Avarçəkənlərimiz də mübarizəyə qoşulublar. Yürüşdə Azərbaycanı Aleksandr Aleksandrov - Boris Yotov təmsil edib. İki nəfərlik qayıqda 2000 metr məsafə üzrə yarışların təsnifat mərhələsində ilk qrupda mübarizə aparan təmsilçilərimiz 6:40,52 nəticə göstərərək 5 cütlük arasında ikinci yeri tutublar.
Bu nəticə komandamızı yarımfinala yüksəldib.
On metr məsafəyə tapançadan atəşaçma yarışlarında ölkəmizi Ruslan Lunyov təmsil edib. Pnevmatik tapançadan dəqiqliyini yoxlayan idmançımız üçün təsnifat mərhələsi uğursuzluqla başa çatıb. Belə ki, ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada 15-ci olub.
Növbəti mərhələyə isə ilk 8 yerin sahibləri yüksəliblər.
İdman gimnastikası yarışlarında ölkəmizi Oleq Stepko və Petro Paxnyuk təmsil edir. 31 atletin mübarizə apardığı yarışda idmançılarımız I təsnifat mərhələsini başa vurub.
Günün sonunda boksçumuz Rüfət Hüseynov rinqə çıxıb. Namibiya idmançısı Tulyungeleni Matias Hamunyela ilə görüşən idmançımız hər üç raunda rəqibinə uduzub.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı