"Şaxtyor"un mənimlə maraqlandığını bilirəm"
"Demişdim ki çətin oyun olacaq. Belə də oldu. Sonda turu keçən tərəf biz olduq".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Qəbələ"nin futbolçusu Teo Uiks Avropa Liqasının III təsnifat mərhələsində Fransa "Lill"i üzərində 1:0 hesablı qələbə qazandıqları cavab görüşündən sonra deyib.
Liberiyalı yarımmüdafiəçi bildirib ki, Fransa Liqasını 5-ci pillədə başa vurmuş komandanı üstələmələrindən çox məmnundur: "Fransa Liqasını 5-ci yerdə tamamlayan bir komanda ilə qarşılaşdıq. Çətin rəqib idi. İlk oyunun 2-ci hissəsində yaxşı təsir bağışlamamışdıq. Amma bu gün sonadək öz oyunumuzu sərgiləyə bildik. Çünki evimizdə oynayırdıq. Çox şadam ki, turu keçən biz olduq. İndi isə qrup mərhələsinə qatılma şansımız var".
Uiks növbəti matçlara daha yüksək motivasiya ilə çıxacaqlarını və öz oyunlarını sərgiləməkdə davam edəcəklərini vurğulayıb. Onun fikrincə, "Qəbələ"nin qrup mərhələsinə vəsiqə qazanmaq üçün böyük şansı var.
26 yaşlı oyunçu deyib ki, Ukrayna "Şaxtyor"unun onunla maraqlanmasından xəbərdardır. Amma o, hələlik məqsədinin "Qəbələ"yə öz oyunu ilə kömək etməkdən ibarət olduğunu vurğulayıb: "Çünki hazırda bu klubun futbolçusuyam. Gələcəkdə hansısa təklif olsa, komandadan ayrıla bilərəm. Çünki öz karyeramı da düşünməliyəm".
Qeyd edək ki, Teo Uiks "Qəbələ"yə yay transfer dövründə keçib. O, Avropa Liqasının təsnifat mərhələlərində 6 oyuna 5 qol vurub.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!