"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının III təsnifat mərhələsində Fransa "Lill"i üzərində 1:0 hesablı qələbə qazandıqları cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyunu necə dəyərləndirərdiniz?
- "Lill" klubu ilə oyun barədə çox söz deməyə dəyməz. Çünki elə rəqibin adı bəs edirdi ki, oyuna çox güclü motivasiya olaq, yaxşı hazırlaşaq. Səfərdən sərfəli nəticə ilə qayıtmışdıq. Məncə, burada da pis oynamadıq, yaxşı çıxış etdik. Düzgün oyunla qələbə qazandıq.
- Bu nəticəni sürpriz adlandırmaq olar?
- Açığı, mən sürpriz deməzdim. Çünki sürpriz bəxtəbəxt bir oyunda ola bilər. Fransada 1:1 hesablı heç-heçədən sonra evdə 1:0 hesablı qələbə qazandıq. Əvvəlki mərhələdə MTK-nı Macarıstanda və doğma publika qarşısında məğlub etdik. Doğrudan da komandamız yaxşı forma yığıb. Əlimizdən gələni edəcəyik ki, qrup mərhələsinə vəsiqə qazanaq, həm "Qəbələ"sevərləri, həm də sevməyənləri sevindirək.
- "Lill"ə qarşı görüşlərinizdən hansı daha çətin keçdi?
- Məncə, səfər oyunundakı ikinci hissə çox ağır keçdi. O da yorğunluqla əlaqədar idi. Fransayadək 14 saatlıq yol qət etmişdik. Bu da özünü ikinci hissədə büruzə verdi. Rəqib bizi çox yorurdu.
- Bu gün də 80-ci dəqiqədən sonra sanki komandanız çatdırmır, dözə bilmirdi...
- Təbiidir. 1:0 hesabı ilə qalib gəlirsən, rəqib müdafiəçiləri ilə birgə üzərinə gəlir, 4-5 hücumçu ilə məcbur edirlər ki, arxaya çəkiləsən. Bununla belə, əks-hücumlardan yararlanaraq, bir neçə qol da vura bilərdik. İstər-istəməz yorğunluq olmalıdır. 80 dəqiqə dözdükdən sonra müdafiəyə çəkilməyin, yorğunluğun olması təbiidir.
- "Pley-off"da qarşılaşmaq istəmədiyiniz rəqib var?
- Açığı, Avroliqada III təsnifat mərhələsinin püşkatmasından öncə potensial rəqiblərin sayı 5-ə enəndə dedim ki, bircə "Lill" düşməsin, başqa kim düşürsə-düşsün. Çünki digər rəqiblər dişimizə görə, "Lill"i keçmə şansımız isə 70-in 30-a idi. Amma bu komanda bizə rəqib oldu. "Lill"i keçmişiksə, "pley-off" mərhələsinin püşkatmasında rəqibin kimliyindən asılı olmayaraq, mərhələ keçməyə çalışacağıq. Yəni, elə-belə oynamayacağıq.
- Razılaşırsınızmı ki, komandanızın xüsusən yerli oyunçuya ehtiyacı var?
- Yerli oyunçu tapmaq doğrudan da çətindir. Çünki yaxşı yerli oyunçuların hamısının klublarla müqavilələri var. Heç kim onları buraxmayacaq. Ona görə də yerli oyunçu tapmaq, məncə, çətin olacaq. Amma əvəzedici heyətdən gələn çox yaxşı gənclərimiz var. Hamısı digər klublarda əsas heyətlərdə oynayanlardır. Bu heyətlə çempionluq üçün oynamağa çalışacağıq (Sportnet.az)
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video
İlk oyunların ən yaxşı futbolçuları seçildilər