Milli komandamızın və “Qarabağ”ın üzvü Elvin Məmmədov Qol.Az saytına müsahibə verib.
- “Qarabağ”ın Antalyada keçdiyi hazırlıq prosesi barədə nə deyə bilərsən? Bu təlim-məşq toplanışı komandaya nə dərəcədə faydalı oldu?
- Hazırlıq prosesimiz çox yaxşı keçdi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Fikrimcə, bu hazırlıq prosesi bizə çox faydalı oldu. Xeyli çalışdıq. Yüksək səviyyədə hazırlıq keçdiyimizi söyləmək olar. Futbolçunun işi nədir? Qaçmaq. Biz də bütün günü qaçır, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq.
- Yoxlama oyunlarında qarşılaşdığınız rəqiblərin səviyyəsi barədə nə düşünürsən?
- Güclü rəqiblərlə qarşılaşdıq. Məsələn, “Anji”nin adını çəkə bilərəm. Bizim kimi onlar da yeni mövsümə ciddi hazırlaşırdılar. Ona görə də bu qarşılaşma maraqlı alındı. Eyni zamanda son matçda görüşdüyümüz Rumıniyanın “Qloriya” klubu da iddialı komandadır. Yoxlama oyunları elədir ki, nəticə önəmli olmur. Baş məşqçi əsasən futbolçuları sınayır, komandanın hazırlığına diqqət yetirir. Bununla belə, biz də yoxlama oyunu olmasına baxmayaraq, hər görüşdə qələbə qazanmaq istəyirdik.
- Hazırda durumun nə yerdədir? Çünki zədəli olduğun üçün bir çox oyunlarda meydana çıxa bilmədin...
- Həqiqətən də zədəm var idi. Amma son oyunda meydana çıxdım. Hazırda özümü yaxşı hiss edirəm. Tam da olmasa, 80 faiz komandama kömək edə bilərəm.
- Tam formanı bərpa etmək üçün nə qədər vaxta ehtiyac duyursan?
- Bunu dəqiq deyə bilmərəm. Amma yəqin ki, çempionatın bərpasına kimi tam hazır olacaq. Komandamızın həkimləri də əllərindən gələni edirlər. Mən özüm də tezliklə əvvəlki formamı bərpa edib, komandaya kömək etmək istəyirəm. Çünki bizi qarşıda bir-birindən gərgin oyunlar gözləyir.
- Yoxlama oyunlarında meydana Vaqif Cavadovsuz çıxdınız. Necə düşünürsən, “Qarabağ” artıq Vaqifsiz oynamağa öyrəşib?
- Vaqifin gedişi əlbəttə ki, “Qarabağ” üçün böyük itkidir. Amma biz onun “Tvente”yə transferini böyük sevinclə qarşıladıq. Çünki Vaqif bizim hamımız üçün yol aça bilər və açmalıdır. Onun Hollandiyada uğur qazanacağına inanıram. Artıq avropalılar da başa düşməlidirlər ki, azərbaycanlılar da futbol oynamağı bacarırlar. İnanıram ki, məhz Cavadovun sayəsində gələcəkdə xaricdə legioner həyatı yaşayacaq futbolçularımızın sayı daha da artacaq.
- Səncə, Vaqifin yerini doldurmaq mümkün olacaq?
- Bu məqsədlə Georgi Adamiya transfer olunub. Məncə, o Vaqifi əvəzləyəcək.
- Vaqif Cavadov “Tvente”yə, Mahir Şükürov isə “Anji”yə transfer olundu. Eyni ifadəni Elvin Məmmədov haqda nə vaxt deyəcəyik?
- İndi bu haqda dəqiq nəsə deyə bilmərəm. Bunu zaman göstərəcək. Amma mən də tezliklə legioner həyatı yaşamağı çox istəyirəm. Görək də, qismət nə vaxtadırsa, o zaman alınacaq. Bir ilə, iki ilə - bunu artıq dəqiq deyə bilmərəm.
- Ümumiyyətlə, hansısa xarici klubdan təklif almısan?
- Sözün açığı, real təklif almamışam. Yalandan nəsə deməyin mənası yoxdur. Əgər təklif alsaydım, bu haqda açıqlama verərdim.
- Ümumiyyətlə, hansı ölkədə oynamaq istərdin?
- Mənim üçün bunun heç bir fərqi yoxdur. Əsas odur ki, çempionatın səviyyəsi Azərbaycandakından üstün olsun. Fərqi yoxdur, Türkiyə, Rusiya və ya başqa bir ölkə.
- 2010-cu ildə çempionatın bərpasına elə də çox qalmayıb. “Qarabağ”ı fasilədən sonra ilk oyununu “Neftçi”yə qarşı keçirəcək. Bu görüşə tam hazır olduğunu söyləmək olar?
- Bunu baş məşqçimiz daha yaxşı bilər. Amma məncə, hər hansı problem olmamalıdır. Yaxşı hazırlıq keçmişik. Eyni sözləri “Neftçi” barədə də deyə bilərəm. Onların da yaxşı hazırlaşdıqları, güclü rəqiblərlə yoxlama oyunlarında qarşılaşmaları barədə məlumatım var. Buna görə də bizi maraqlı qarşılaşmanın gözlədiyini söyləmək olar. İnşallah, sonda 3 xal bizə qismət olar.
- Belə başa düşdüm ki, digər komandaların da hazırlıqları barədə məlumatlısan?
- Əlbəttə. Düzdür, mənim üçün əsas olan öz komandamdır. Amma qəzetlər, internet vasitəsiylə də digər komandalar barədə də məlumat toplayırdıq. Keçirdikləri yoxlama oyunları, heyətə qatdıqları futbolçular barədə bilgimiz var.
- Qarşısına çempionluq hədəfi qoyan “Qarabağ”a bu yolda hansı komanda mane ola bilər?
- Məncə, konkret ad çəkmək çətindir. Çünki bizdən başqa “altılığ”a düşəcək beş kollektivin hər biri bizim rəqibimizdir.
- Mövsümün sonuna yaxın gərginlik son həddə çatır və hər iki cəbhədə - həm kubokda, həm də çempionatda ən yüksək yer uğrunda mübarizə aparmaq çətinləşir. Buna görə də əksər hallarda komandalar daha çox şansları olan turnirə böyük diqqət ayırırlar. Elə ötən mövsüm çempionatda mühüm xallar itirən “Qarabağ” əsas diqqəti ölkə kubokuna yönəltdi. Bu dəfə bunun əksini görə bilərik? Yəni sona yaxın “Qarabağ”ın kuboku çempionata qurban verməsi mümkündür?
- Bu suala mənim konkret cavab verməyim çətindir. Amma baş məşqçimiz Qurban Qurbanov bildirib ki, biz hər iki cəbhədə sonadək mübarizə aparacağıq. Həm ölkə çempionatını, həm də kuboku qazanmaq üçün sonadək mübarizəmizi davam etdirəcəyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat