Aquero "Mançester Siti" ilə müqavilə yeniləyəcəkmi?

Aquero "Mançester Siti" ilə müqavilə yeniləyəcəkmi?
GÜNDƏM 30 İyul 2016 / 16:23 3818
-  A +

"Mançester Siti" hücumçusu Serxio Aqueroya yeni müqavilə təklif edəcək.

Qol.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, Mançester təmsilçisinin rəhbərliyi argentinalı futbolçunu daha bir il komandada saxlamaq niyyətindədir.

Klubla mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq Aquero yeni sözləşmə imzalayacağı təqdirdə daha bir mövsüm "Mançester Siti"də oynayacaq. Daha öncə "DÇ-2018"dən sonra vətəni Argentinaya qayıdacağını açıqlayan Aqueronun yeni müqavilə təklifini qəbul edib-etməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Aquero 2011-ci ildə 35 milyon avro müqabilində "Atletiko"dan "Mançester Siti"yə transfer olunub.

Daha çox


Son xəbərlər