Şvaynştayger Almaniya millisindən getdi

Şvaynştayger Almaniya millisindən getdi
GÜNDƏM 29 İyul 2016 / 13:57 3863
-  A +

Almaniya millisinin yarımmüdafiəçisi Bastian Şvaynştayger yığmadakı karyerasını başa vurub.

Qol.az-ın məlumatına görə, bu barədə 31 yaşlı futbolçu "tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Almaniya millisinin əziz azarkeşləri. Mən baş məşqçi Yoahim Lövdən məni daha yığmaya çağırmamasını xahiş etdim. Çünki yığmadakı karyeramı başa vurmaq istədim. Azarkeşlərə, komandaya, Almaniya Futbol Federasiyasına və məşqçilər korpusuna təşəkkür edirəm".

Qeyd edək ki, 2004-cü ildən Almaniya millisində oynayan Şvaynştayger keçirdiyi 120 oyunda 24 qol vurub.

Daha çox


Son xəbərlər