Teo Uiks: "Qol vursaydım..."

Teo Uiks: "Qol vursaydım..."
GÜNDƏM 29 İyul 2016 / 00:38 11991
-  A +

"Çətin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Amma səfərdən heç-heçə ilə ayrılırıq".

Bu sözləri Qol.az saytına açıqlamasında “Qəbələ” klubunun hücumçusu Teo Uiks Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu səfərdə "Lill"lə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.

İlk hissədə qol imkanını boşa verən futbolçu həmin epizodu belə şərh edib: "Bu, bir şans idi. Amma istifadə edə bilmədim. Razıyam, vursaydım, oyun başqa hesabla bitəcəkdi. Buna baxmayaraq, özümü xoşbəxt hiss edirəm. Çünki burdan yaxşı nəticə ilə qayıdırıq".

Uiks fasilədən sonra oyunlarının istədikləri kimi alınmamasına da aydınlıq gətirib: “İkinci hissədə oyunumuz alınmadı. Çünki rəqib evdə oynayırdı. Motivasiyaları var. İstəyirdilər ki, nəticəni xeyirlərinə dəyişsinlər. Yenə deyirəm, bu nəticə bizim üçün yaxşıdır”.

Vurduğu 5 qolla Avropa Liqasının bombardirləri sırasında yer alan Uiks qarşıdakı görüşlərdə də qol vuracağına inandığını bildirib: “Əlbəttə, belə başlanğıc yaxşı motivasiyadı mənim üçün. Ona görə də qarşıdakı oyunlarda yenə qollar gözləməyə dəyər. Üzərimdə təzyiq hiss etmirəm. Cavab görüşünə gəlincə doğma meydanda oynayacağıq. Ona görə də mütləq qələbə qazanmalıyıq”.

Daha çox


Son xəbərlər
05.06.25  21:59

"Yuventus"dan ayrıldı

05.06.25  20:50

"Şamaxı"da ayrılıq

05.06.25  15:55

"Arsenal"dan "Latiso"ya