İquain rəsmən "Yuventus"da

İquain rəsmən "Yuventus"da
GÜNDƏM 26 İyul 2016 / 21:52 7689
-  A +

"Napoli"nin futbolçusu Qonzalo İquainin "Yuventus"a keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Q.İquainin transferi üçün Turin təmsilçisi "Napoli"yə 90 milyon avro təzminat ödəyəcək.

Bu, futbol tarixinin ən bahalı 3-cü transferidir.

Qeyd edək ki, bu göstəricidə ilk pillədə Qaret Beyl (100 milyon avro), 2-ci pillədə Kriştiano Ronaldo (94 milyon avro)  qərarlaşıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner