«Bakı» klubunun «Birlik kuboku» yarışında uğursuz çıxışı hələ də müzakirə mövzusudur. Media bir suala cavab axtarır: komandanın zəif çıxışına nə səbəb oldu?
Qol.Az saytı bu və digər suallara bu dəfə «Bakı»nın keçmiş vitse-prezidenti Nail Əliyevlə söhbətdə cavab tapmağa çalışıb.
- «Bakı» «Birlik kuboku»nun favoriti kimi göstərilsə də, nəinki finala gedə, heç qrup mərhələsini də adlaya bilmədi. Sizcə, niyə?
- Mən bir neçə dəfə demişəm, bu dəfə də təkrarlayıram, əvvəla «Birlik kuboku» çox lazımsız bir yarışdı. Bu turnirin səviyyəsi Azərbaycan çempionatından da aşağıdır. Həm də bu yarış qarşısına çempionluq məqsədi qoyan bir komandanın hazırlıq prosesini pozur. Ötən il dekabrın 27-də «Bakı» çempionatda axırıncı oyununu oynayıb fasiləyə çıxdı. Yanvarın 3-4-də isə yenidən bir araya gəldi və Antalyada təlim-məşq toplanışına yollandı, komandanın heyəti 50-60 faiz dəyişdi. Lakin bütün hallarda qərara alınmışdı ki, Azərbaycan klubları «Birlik kuboku»nda əsas heyətlə iştirak etdiyinə görə, «Bakı» da eyni addımı atsın. «Bakı» yarışı qatıldı. Komandanın çıxışını şəxsən mən qeyri-kafi qiymətləndirirəm. Mən kuboku almamağı hələ bir kənara qoyuram, təkcə birinci mərhələni adlaya biliməməsi «Bakı»ya yaraşmazdı. «Bakı»nın birinci mərhələni keçməyə gücü çatırdı. İndi bununna bağlı mütəxəssislər, jurnalistlər də öz fikirlərini bildirməlidirlər.
- «Birlik kuboku»nu «lazımsız yarış» adlandırdınız. Əgər belədirsə, bu turnirə əsas heyətlə iştirak etmək nə dərəcədə doğru idi?
- Mənə elə gəlir ki, belə turnirlərə gəncləri, başqa sözlə, ikinci heyəti göndərmək daha düzgün olardı. Açığı, taciklər və finlərlə görüşlərdə «Bakı»nın gənc futbolçuları olan Rəhman Hacıyev, Hacı Əhmədov, Əziz Quliyev, Elvin Əliyevin oyunu mənim çox xoşuma gəldi.
- «Bakı»nın potensialı «Birlik kuboku»nu almağa imkan verirdi. Sizcə, problem kimdə idi: məşqçidə, futbolçuda, yoxsa komandanın rəhbərliyində?
- Bu qiyməti siz jurnalistlər verməlisiniz. Mənim şəxsi fikrimə görə isə yeni transferlər hələ də hansı klubda oynadıqlarını və yeni komandalarının məqsədini başa düşmürlər. Mən onlarda əzmkarlıq, oyuna köklənməyi görmədim. Təkcə onlarda deyil, bir çox futbolçuda belə idi. Yerli oyunçularda isə əzmkarlıq var idi. Legionerlər isə meydanda sadəcə gəzişirdi.
- Sizcə, turnirdə yerli oyunçulara daha çox şans vermək düzgün olmazdımı? Məsələn, taciklərlə ilk oyunda Bülənt Qorxmaz start heyətində azərbaycanlı futbolçulara üstünlük vermişdi, onlar həm etimadı doğrultdu, həm də komanda qələbə qazandı.
- Bəli, «Bakı» çox gözəl təsir bağışladı. Amma biz məşqçiyə göstəriş verə bilmərik. Sizin bu sualınız məşqçiyə yönəlməlidir.
- Amma hər halda, «Bakı» sizin üçün doğma bir komandadır və sizin bu məsələyə münasibətiniz maraqlıdır. Bülənt Qorxmazın addımları hələ də tənqid olunur.
- Baş məşqçinin qərarlarına komandanın rəhbərliyi qiymət verməlidir. Mən yeni oyunçuların çempionatda da özlərini göstərəcəklərinə inanmıram.
- Demək istəyirsiniz ki, Kürşat Duymuş, Adnan Bərəkət, Adriano və Venionun komandaya transfer edilməsilə bağlı qərar yanlışdır?
- Allah eləsin ki, mənim fikirlərim düz çıxmasın, amma təkrar edirəm, bu futbolçuların çempionatda özlərini yaxşı tərəfdən göstərəcəklərinə inamım yoxdur. Yaşı 30-dan yuxarı olan futbolçunu transfer edirsən, adın da gəncləşdirmə siyasəti qoyursan. O futbolçu da meydanda futbol oynamır, gəzir. Bu futbolçuya Moskvada şans verilir, amma o özünü göstərmək istəmir. Deməli, bura vaxt keçirməyə gəlib də…
- … və həm də yaxşı pul qazanmağa?
- Pul qazanmağa deyəndə ki… Hələ nə olmuşdu ki, tələsiyə düşüb bu futbolçularla ilyarımlıq, iki illik müqavilə bağlayıblar? Bunun altından necə çıxacaqlar? Yenə də deyirəm, Allah eləsin, fikrimdə yanılım. Amma məndə böyük bir şübhə var. Belə oyunçulara Bakıda hər məhəllədə rast gəlmək olar.
- Sizcə, yeni transferlərlə bağlı nə qarar vermək lazımdır?
- «Bakı» mənim övladım kimidir. Bu suallara başqaları cavab verməlidir. Mən də sizin kimi, «Bakı»ya yandığım üçün deyirəm bunları. Əgər biz turnirə qatılmışdıqsa, ən azı, ilk mərhələni keçməliydik. Çünki birinci oyuna Moskvada yaşayan xeyli azərbaycanlı gəlmişdi. Onları «Dinamo» manejinə buraxmırdılar, problemlər yarandı. Oyunda qalib gəldikdən sonra orda böyük bir şənlik keçirildi. Ən azı onların qabağında biz üzüqara olduq. Yoxsa turnirin özü bir şey deyildi.
- Yaranmış bu vəziyyətdə rəhbərlik baş məşqçinin işinə hansısa müdaxilə etməlidir?
- Bəlkə də bunların öz futbol fəlsəfəsi var. Mən özüm bu barədə nəsə deyə və yol göstərə bilmərəm. Mən «Bakı»da indi əsasən uşaq futboluna fikir verirəm.
- Coko Haciyevski Qol.Az saytına verdiyi son müsahibədə bildirib ki, Bülənt Qorxmaz bizim qurduğumuz işi dağıtmaqla məşğuldur.
- Hərənin öz fikri var. O öz fikrini deyib, mən də düşündüyümü söylədim. Baş məşqçi də, komandanın rəhbərliyi də fikirlərini ifadə edib. Hər insanın fikrinə hörmətlə yanaşmaq lazıdır. Mən onu da deyə bilərəm ki, «Bakı» eksperimentlər yeri deyil. Bizdən çox futbolçuya lazımdır ki, özünü göstərə bilsin.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat