Toni Adams "Arsenal"ı Çin klubuna dəyişdi

Toni Adams "Arsenal"ı Çin klubuna dəyişdi
GÜNDƏM 23 İyul 2016 / 18:19 5640
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın yeni iş yeri məlum olub.

Qol.az-ın "Daily Telegraph"a istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis karyerasını Çində davam etdirəcək.

Daha öncə "Arsenal"ın U-18 komandasında məşqçilik edən Adams London klubundakı işini davam etdirmək istəməyib. İngiltərə klubundakı sınaq müddətini başa vuran Adams Çinin "Çuntsin Lifan" klubunun təklifini qəbul edib. O, Asiya təmsilçisinin gənclər departamentinin direktor vəzifəsində çalışacaq.

Qeyd edək ki, Toni Adams "Qəbələ"də baş məşqçi ilə yanaşı, klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində də işləyib.

Daha çox


Son xəbərlər