Premyer Liqa klubunda yeni baş məşqçi

Premyer Liqa klubunda yeni baş məşqçi
GÜNDƏM 23 İyul 2016 / 13:51 4991
-  A +

İngiltərənin "Sanderlend" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisini yeni mövsümdən Devid Moyes çalışdıracaq.

53 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Moyes bu vəzifədə İngiltərə millisinin baş məşqçisi təyin olunan Sem Ellardaysı əvəzləyib.

Qeyd edək ki, Moyes daha öncə "Everton", "Mançester Yunayted" və "Real Sosyedad" klublarını çalışdırıb.

Daha çox


Son xəbərlər