"Qarabağ" Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində son Çexiya çempionu "Viktoriya" ilə qarşılaşacaq.
Qol.azməlumatına görə, 1911-ci ildə Çexiyanın Plzen şəhərində yaradılmış futbol klubu bir neçə dəfə adını dəyişdirib və son olaraq 1993-cü ildən hazırki adını daşıyır. Bu il 105 illik yubileyini qeyd edən "Viktoriya" ev oyunlarını 11 min 722 tamaşaçı tutumu olan "Dusan Arena”da keçirir.
Plzen təmsiçisi 4 dəfə ölkə çempionluğunu qazanıb (2010/11, 2012/13, 2014/15 ve 2015/16). İki dəfə Çexiya kubokunu qazanan (1970/71 və 2009/10) "Viktoriya" iki dəfə də Super Kuboku (2010/11 və 2015/16) başı üzərinə qaldırıb.
Çexiya klubu tarixi ərzində təsnifat mərhələsi də daxil olmaqla ÇL-də 26 matçda 15 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət görüb. Avropa Liqasında isə meydana çıxdığı 34 qarşılaşmada 16 dəfə qələbə sevinci yaşayan çexlər, 7 matçdan sülhlə ayrılıb, 11 dəfə də meydanı məğlub tərk ediblər. "Viktoriya" 2011/12 mövsümündə tarixində ilk də ÇL-nın qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. "Barselona" və "Milan"dan sonra qrupda 3-cü yeri tutan komanda mübarizəni Avropa Liqasında davam etdirib. Burada "Şalke"yə məğlub olan "göy-qırmızılar" çıxışını dayandırıb.
2012/13 mövsümündə Avropa Liqasının qrupunda mübarizə aparan Plzen təmsilçisi "Atletiko" (İspaniya), "Akademika" (Portuqaliya) və "Hapoel"lə (İsrail) mübarizə aparıb. "Viktoriya" 1/16 finala vəsiqə qazana bilib və bu mərhələdə İtaliya "Napoli”sini mübarizədən kənarlaşdırıb. (3:0, 2:0) Çexiya təmsilçisi 1/8 finalda isə "Fənərbaxça" (Türkiyə) səddinə ilişib. (1:1, 0:1) 2013/2014 mövsümündə ÇL-nin qrupunda iştirak etmək hüququ əldə edən "Viktoriya" "Mançester Siti", ÇSKA və "Bavariya" kimi klublarla qarşılaşmalı olub. Qrupda 3 xal toplayan və mübarizəni Avroliqada davam etdirmək imkanı qazananan "Viktoriya" əvvəlcə Ukrayna "Şaxtyor"unu mübarizədən kənarlaşdırsa da, daha sonra "Lion" səddində ilişib.
2014/2015 mövsümündə Avroliqada iştirak edən "Viktoriya" mübarizəyə III təsnifat mərhələsindən qoşulub. Bu mərhələdə rəqibimiz Rumıniya "Petrolul"una "ilişib" (1:1, 1:4). Ötən mövsümü isə "Viktoriya" ÇL-in III təsnifat mərhələsində Təl-Əviv "Makkabi”si ilə bacarmayıb (2:1, 0:2). Plzen təmsilçisi Avroliqanın pley-off mərhələsində isə Serbiyanın "Voyvodina" klubunu mübarizədən kənarlaşdırıb (3:0, 2:0). Bununla da qrup mərhələsinə vəsiqə qazanan Çexiya təmsilçisi "Dinamo” (Belarus), "Vilyarreal" (İspaniya) və "Rapid" (Avstriya) klubları ilə mübarizə aparsa da, növbəti mərhələyə vəsiqə qazana bilməyib.
"Viktoriya"ya 2011-ci ildən yerli mütəxəssis Roman Pivarnik rəhbərlik edir. Maraqlıdır ki, komandanın heyətində cəmi 2 ölkədən olan futbolçular çıxış edir. Heyətin əsasını yerli futbolçular təşkil edir. Onlarla yanaşı, "Viktoriya"da 5 slovak legioner var. Bunlar Matuş Kozaçik, Patrik Hroşovski, Yakub Hromada, Mixal Duriş və Marek Bakoşdur.
Xatırladaq ki, "Qarabağ" "Viktoriya" ilə ilk oyununu iyulun 26-da səfərdə, cavab matçını isə 1 həftə sonra Tofiq Bəhramov Respublika stadionunda keçirəcək (sportnet.az).
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi
"Sabah" - "Hapoel" matçının heyətləri açıqlandı
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar
"Fənərbaxça" azarkeşlərinin biletləri ləğv olundu
Müller, Hummels və Sommer klub aldılar
“Milan” "Mançester Siti”yə müraciət etdi
"Yuventus"un qapıçısı Premyer Liqa klubunda
“Sabahın Ulduzları”nda 6-cı tura yekun vuruldu
"Fənərbaxça"dan "Barselona"ya keçdi
"Çelsi" Kellimanı satdı
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal
Savinyo “Tottenhem”də
40 yaşlı Hondanın yeni klubu bilindi
“Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir" - Roi Kehat
Xabi: "Bu, yalnız başlanğıcdır"
"Sabah"dan Liqa 1-ə? - Fransa klubu onu izləyir
Ozobiçin yeni klubu bilindi - Rəsmi
Kenan Yıldızdan "Yuventus"a şok – 3 ay yoxdur
"Çelsi" mövsümə qələbə ilə başladı - Video
27 ölkədən “Sabah” – “Hapoel” oyununa bilet alınıb
Samuel Eto'o İnfantinonu dəstəklədi
“Traktor”dan ardıcıl üçüncü qələbə
“Latsio” mövsümə 3 xalla başladı - Video