"Planımız belə idi ki, 75-80-ci dəqiqəyə qədər müdafiə olunmalıydıq. Sona yaxın ikinci hissədə meydana daxil olan futbolçular lazım olan qolu vurmalı idilər. Lakin istəyimiz baş tutmadı".
Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının ikinci təsnifat mərhələsində "Admira"ya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.
Ş. Diniyev məğlubiyyətin səbəbini belə izah edib:
"Əvvəldən də demişdim ki, qol buraxmamalıydıq. Fərdi səhvdən qapımızda qol gördük. Bu da acınacaqlı an idi. Həmin anda oyun bitdi. Sona yaxın qol vurmaq üçün çox çalışdıq. Azarkeşlərimizə ən azı 1 qol hədiyyə etmək istəyirdik. Sonda 6-7 qol epizodu yaxalasaq da, dəyərləndirə bilmədik".
Təcrübəli mütəxəssis komandasının gələcəyinə inandığını vurğulayıb:
"Avroliqa ilə vidalaşdıq. Həyat davam edir. İndiki "Kəpəz" daha güclüdür. Uğurlarımız qabaqdadır. "Kəpəz" hər gün inkişaf edir. İlk mərhələni keçəcəyimizə də əvvəldən inanmırdıq. Komandam başından yuxarı tulandı".
Ş.Diniyev rəqibin şişirdilməyə layiq olduğunu qeyd edib:
"Rəqib nə qədər imkan verirsə, o qədər oynayırıq. "Admira" şişirdiləsi komandadır. Çox təşkilatlanmış, güclü rəqibə qarşı oynadıq. Bu komandanın adını hələ çox eşidəcəksiniz".
Ş. Diniyev komandasında hansısa futbolçunu günahlandırmaq istəmədiyini vurğulayıb:
"Uduzandan sonra hansısa futbolçunu günahlandırmaq istəməzdim. Əslində, günahı başqasının üstünə atıb, yaxamı kənara çəkə bilərəm. Amma "Kəpəz" bir ailədir. Razıyam ki, Ebah bu gün real qol şanslarını qaçırdı. Xüsusən də ilk epizodu dəyərləndirməliydi. Ümid edirəm ki, çempionatda o, ümidləri doğruldacaq".
Gəncə klubunn çalışdırıcısı Avroliqada mümkün qədər irəli getməyə çalışdıqlarını söyləyib:
"Rəhbərlik qarşımıza hər hansı tələb qoymamışdı. Bacardığımız qədər irəli getmək istəyirdik. Bəxtimizdən rəqiblərimiz də güclü idi. "Daçiya" və "Admira" zəif deyil".
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi
"Sabah" - "Hapoel" matçının heyətləri açıqlandı
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar
"Fənərbaxça" azarkeşlərinin biletləri ləğv olundu
Müller, Hummels və Sommer klub aldılar
“Milan” "Mançester Siti”yə müraciət etdi
"Yuventus"un qapıçısı Premyer Liqa klubunda
“Sabahın Ulduzları”nda 6-cı tura yekun vuruldu
"Fənərbaxça"dan "Barselona"ya keçdi
"Çelsi" Kellimanı satdı
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal
Savinyo “Tottenhem”də
40 yaşlı Hondanın yeni klubu bilindi
“Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir" - Roi Kehat
Xabi: "Bu, yalnız başlanğıcdır"
"Sabah"dan Liqa 1-ə? - Fransa klubu onu izləyir
Ozobiçin yeni klubu bilindi - Rəsmi
Kenan Yıldızdan "Yuventus"a şok – 3 ay yoxdur
"Çelsi" mövsümə qələbə ilə başladı - Video
27 ölkədən “Sabah” – “Hapoel” oyununa bilet alınıb
Samuel Eto'o İnfantinonu dəstəklədi
“Traktor”dan ardıcıl üçüncü qələbə
“Latsio” mövsümə 3 xalla başladı - Video