"Çalışırdıq ki ilk oyunda "Admira"ya boş sahə verməyək. Lakin minimal hesabla məğlub olduq".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı məlumata görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avstriya "Admira"sı ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, "Admira" güclü və öz ölkəsində öz sözünü demiş komandadır. Bu səbəbdən, sabahkı cavab oyununda risk etmək olmaz: "Hər hansı səhv və buraxılan bir qol hər şeyin sonu ola bilər. Bu, məşqçilik karyeramın ən önəmli oyunlarından biri olacaq və buna görə də üzərimdə böyük məsuliyyət hiss edirəm. Azərbaycan millisinin baş məşqçisi olarkən də belə oyunlara çıxmışam. Portuqaliya, Polşa yığmaları ilə oyunları qeyd edərdim. Amma heç vaxt belə həyəcanlı olmamışam. Ola bilsin, sabahkı oyunda komandada dəyişiklik edim. Amma risk etmək də istəmirəm".
Ş.Diniyev etiraf edib ki, "Admira" hazırkı vəziyyətdə mərhələ adlamaq üçün "Kəpəz"dən daha çox şansa malikdir: "Rəqibi çox analiz etmişəm və həqiqətən də güclü komandadır. Amma biz sabah meydana qələbə üçün çıxacağıq. Avstriyalılar tam fərqli sistemlə oyuna çıxa bilərlər, amma futbolçularım motivasiya baxımından oyuna tam hazırdırlar. Başa düşürəm ki, Gəncədən bura gəlmək belə hava şəraitində çox çətindir. Amma sabah azarkeşlərin bizi tək qoymayacaqlarına inanıram".
Baş məşqçi ilkin təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları "Daçiya" ilə "Admira”nı da müqayisə edib: "Admira” "Daçiya”dan 2 qat üstündür. Kağız üzərində onların şansı daha çoxdur. Rəqib hər bir cəhətdə bizdən üstündür. Biz 2 məqamda rəqibi üstələyə bilərik – motivasiya və aqressivlik. Komandama inanıram. Meydançanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Daha çox işləmələyik”.
Qeyd edək ki, iyulun 21-də "Dalğa Arena"da keçiriləcək "Kəpəz" - "Admira" matçı saat 20:00-da başlanacaq. İlk görüşdə avstriyalılar 1:0 hesab ilə qalib gəldiyindən, Azərbaycan təmsilçisi meydanı 2 top fərqli üstünlüklə tərk etməli və ya minimal hesablı qələbə sonucunda penaltilər seriyasında daha dəqiq olmalıdır.
“Qarabağ” “Sabah”ı təbrik etdi
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
“Sabah” tarixi qələbə ilə ÇL-in Liqa mərhələsində!
Matç başlayar-başlamaz qapıçı meydandan qovuldu
"Beşiktaş"a keçə bilər
“Yamalın hələ bütün potensialını görməmişik”
İki təklif rədd edildi, üçüncüsü hazırlanır
Ağır zədə aldı, 28 yaşında futbolla vidalaşdı
UEFA ilə FİFA arasında hakimlik gərginliyi
"Sabah" - "Hapoel" matçının heyətləri açıqlandı
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu
"Qarabağ"la matça 3 itki ilə çıxacaqlar
"Fənərbaxça" azarkeşlərinin biletləri ləğv olundu
Müller, Hummels və Sommer klub aldılar
“Milan” "Mançester Siti”yə müraciət etdi
"Yuventus"un qapıçısı Premyer Liqa klubunda
“Sabahın Ulduzları”nda 6-cı tura yekun vuruldu
"Fənərbaxça"dan "Barselona"ya keçdi
"Çelsi" Kellimanı satdı
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal
Savinyo “Tottenhem”də
40 yaşlı Hondanın yeni klubu bilindi
“Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir" - Roi Kehat
Xabi: "Bu, yalnız başlanğıcdır"
"Sabah"dan Liqa 1-ə? - Fransa klubu onu izləyir
Ozobiçin yeni klubu bilindi - Rəsmi
Kenan Yıldızdan "Yuventus"a şok – 3 ay yoxdur
"Çelsi" mövsümə qələbə ilə başladı - Video
27 ölkədən “Sabah” – “Hapoel” oyununa bilet alınıb
Samuel Eto'o İnfantinonu dəstəklədi
“Traktor”dan ardıcıl üçüncü qələbə
“Latsio” mövsümə 3 xalla başladı - Video