"Roma"nın kapitanı Françesko Totti yeni mövsüm öncəsi maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, 39 yaşlı futbolçu növbəti mövsüm A Seriyasının qalibi olacaqları təqdirdə karyerasını başa vuracağını bildirib:
"Futbolda möhtəşəm 25 il keçirdim. Həm gözəl, həm pis anlarım oldu. Ancaq hər zaman "Roma"nın yüksəklərdə olması üçün çalışdım. Bu, bəzən alındı, bəzən yox. Ümumilikdə klub üçün etdiklərimdən razıyam. A Seriyasının qalibi olmaq çətin görünür. Çünki burada çox güclü klublar var. "Roma"nın hər bir futbolçusu bunu istəyir. Əgər çempion olsaq, karyeramı başa vuracam".
Qeyd edək ki, "Roma"nın yetirməsi olan Totti keçirdiyi 601 oyunda 248 qol vurub.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü