“Monako” Türkiyəyə getməkdən imtina edir

“Monako” Türkiyəyə getməkdən imtina edir
GÜNDƏM 17 İyul 2016 / 19:56 6857
-  A +

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Fənərbaxça”nın rəqibi olan “Monako” İstanbula getməkdən imtina edir.

Qol.az-ın “Milliyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, knyazlıq təmsilçisi avqustun 26-dakı matçın bitərəf meydanda keçirilməsi üçün UEFA-ya müraciət edib.

“Monako” Türkiyədə hərbi çevrilişə cəhddən sonra təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təmin olunmayacağından ehtiyatlandığı üçün bu addımı atdığını bildirib.

Hələlik məsələ ilə bağlı UEFA-nın mövqeyi bilinmir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner