Rusiya Futbol İttifaqının vitse-prezidenti Nikita Simonyan Ramil Şeydayevin Azərbaycan millisini seçməsi ilə bağlı məsələyə münasibət bildirib.
Qol.az-ın “Sovetski sport”a istinadən yaydığı xəbərə görə, o, Ramilin bu addımı atmasından təəssüfləndiyini deyib.
“Biz hesab edirdik ki, Ramil bir müddət sonra əsas millidə rəqabət yaradacaq, bəlkə də DÇ-2018-də komandanın əsas heyətində yer alacaq. Zamanında biz Aleksandr Səmədovu Azərbaycan yox, Rusiya millisində oynamağa inandıra bilmişdik. Halbuki o özü də Azərbaycan millisində çıxış etmək istəyirdi. Təəssüf ki, biz Ramilin timsalında istedadlı oyunçu itirdik” - deyə o bildirib.
“R-Sport”a müsahibəsində isə N.Simoyan deyib: “Bu, onun seçimidir. Yəqin ona deyiblər ki, əsas millidə oynayacaq. Amma Ramil hələ gəncdir və istənilən millidə - bu, Azərbaycan da, Rusiya da ola bilər – yerini möhkəmlətmək üçün ona zaman lazımdır. Onun yeniyetmələrdən ibarət millidəki çıxışından başqa, ciddi uğuru olmayıb”.
Xatırladaq ki, Rusiyanın U-21 millisinin 20 yaşlı hücumçu su olan Ramil Şeydayev Azərbaycan millisində oynamaq istədiyini açıqlayıb. Artıq Azərbaycan vətəndaşlığını alan futbolçunun millimizdəki çıxışına razılıq verilməsi ilə əlaqədar AFFA FİFA-ya müraciət ünvanlayıb.
Əlavə edək ki, Rusiyada doğulan R.Şeydayevin atası azərbaycanlı, anası isə rusdur.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı