"Qəbələ"nin yeni transferi Nika Kvekveskiri Gürcüstan mətbuatına müsahibə verib.
Qol.az-ın məlumatına görə, gürcüstanlı futbolçu yeni komandası və Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Samtredia" klubu haqda fikirlərini bölüşüb.
- "Qəbələ"yə uyğunlaşma prosesi necə gedir?
- Mənə hələ bir qədər vaxt lazımdır. Amma "Qəbələ" yaxşı komandadır. Burada yüksək səviyyəli məşqçi və futbolçular cəmləşib. Mənim üçün əsas odur ki, "Qəbələ" iddialı klubdur.
- Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia" ilə qarşılaşacaqsınız...
- Avropa Liqasının qrup mərhələsində oynamağı arzulayıram. Böyük və maraqlı görüş olacaq. Rəqibin baş məşqçisi Giya Tsetsadzeni yaxşı tanıyıram və onun oyun üslubuna hörmətlə yanaşıram. Tsetsadze hücum futbolunu sevir. Elə "Qəbələ" də hücum futbolu oynayır.
- Baş məşqçi Roman Qriqorçuk səni hansı mövqedə oynadacaq?
- Komandanın iki taktiki sxemi var. Hansı mövqedə oynayacağım taktikadan asılı olacaq. Mənə ya rəqibin qarşısını yarımmüdafiədə kəsmək, ya da hücumameyilli oynamaq tapşırılacaq. Mən hər iki funksiyanı yerinə yetirməyə hazıram.
- Məlum olduğu kimi "Qəbələ"nin əsas heyətində tez-tez dəyişikliklər olur. İndi necə komandanın heyətində dəyişiklik baş verib?
- Yerli futbolçular qalıb. Qapıçı və müdafiə xəttində dəyişiklik baş verməyib. Hücum xəttində müəyyən dəyişiklik olub ki, bu da yeni futbolçuların hesabına baş verib. Bildiyim qədəri ilə yeni futbolçu axtarışı hələ də davam edir.
- Yəqin ki, bu mövsüm də Azərbaycan çempionatında "Qəbələ"nin qarşısına yüksək hədəf qoyulacaq...
- Əlbəttə. Hamı bilir ki, "Qəbələ" Azərbaycanın aparıcı klublarından biridir.
- Roman Qriqorçuk haqda nə deyə bilərsən?
- Yaxşı insandır. Onun məşqçilik fəaliyyətindən danışmaq artıqdır. Bizə lazım olan hər şeyi xırda detalına qədər başa salır. Futbolçulara da yalnız meydana çıxıb, oynamaq qalır.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?