Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun yeni klubu - Hollandiyanın «Tvente» klubunun baş məşqçisi Stiv Maklaren Azərbaycan mətbuatında ilk eksklüziv müsahibəni Qol.Az saytına verib.
- Cənab Maklaren, Vaqif Cavadov hansı oyunda sizin diqqətinizi cəlb etdi?
- Bildiyiniz kimi, ötən yay biz «Qarabağ»la avroliqanın üçüncü təsnifat mərhələsində qarılaşdıq. Bu oyunlardan əvvəl biz Vaqifin “Qarabağ” komandasınının iştirakı ilə keçirilən oyunlarına baxmış, təhlil etmişdik. Komandanızın oyunları ilə bağlı müzakirələr aparmışdıq. Həm «Qarabağ»ın iştirakı ilə keçirilən digər qarşılaşmalar, həm də bizimlə oyunlarda Vaqif mənim xüsusi diqqətimi cəlb etdi.
- Azərbaycanlı azarkeşləri maraqlandıran suallardan biri də budur ki, Vaqif Cavadov «Tvente»nin heyətində avroliqada oynaya biləcəkmi?
- Xeyr. Bildiyiniz kimi, Vaqif bu mövsüm «Qarabağ»ın heyətində avroliqada oynayıb. Ona görə də mövcud qaydalar onun bu mövsüm «Tvente»nin heyətində də avroliqa matçlarında iştirakına imkan vermir.
- Vaqif Cavadovu artıq nə zaman sərəncamınızda görmək istəyirsiniz?
- Yəqin ki, çox çəkməz, Vaqif yaxın 1-2 həftəyə bizimlə olar.
- Necə fikirləşirsiniz, Vaqif Cavadovun potensialı onun «Arsenal», «Barselona», «Mançester Yunayted» kimi klublarda çıxış etməsinə imkan verir?
- Bu suala indidən dəqiq cavab verə bilmərəm. Hər şey onun özündən asılı olacaq. Əgər çalışacaqsa, niyə də olmasın?
- Qarabağ klubu ilə “Tvente” arasında gözəl əlaqələr var. Vaqifin “Tvente”yə transferində də bu əlaqələrin xüsusi rolu olub. Ağdam komandası haqqında fikirləriniz necədir?
- «Qarabağ» möhtəşəm bir klubdur. Mən onlara gələcək oyunlarda uğurlar arzulayıram. Sevindirci haldır ki, onlar Vaqif kimi gənc oyunçular yetişdirə biliblər.
-Siz Bakıda oldunuz. Şəhərimiz xoşunuza gəldimi?
- Bəli, Bakı məni çox heyrətləndirdi. Açığı, Azərbaycan paytaxtının belə gözəl olduğunu təsəvvür edə bilməzdim.
- Sizi Bakıda ən çox cəlb edən nə oldu?
- Təəssüf ki, Bakıda olarkən şəhərinizi gəzməyə çox vaxtım olmadı. Amma tarixi binalar, yeni tikilən binalar, körpülər, yollar marağıma səbəb oldu.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…