Xorvatiya millisinin kapitanı Dario Srna "AVro-2016"da Çexiya ilə bərabərə qaldıqları oyun haqda danışıb.
Qol.az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün öncə atasını itirən 34 yaşlı futbolçu karyerasının ən çətin oyununu keçirdiyini bildirib:
"Karyeramın ən çətin oyunu oldu. Oyunöncəsi gözyaşlarımı saxlaya bilmədim. Təbii ki, bu da səbəbsiz deyildi. Atamı itirmişəm. Azarkeşlərimizə gəlincə bu haqda danışmaq istəmirəm. Qapımıza təyin olunan penalti qərarının doğru olub-olmadığını da bilmirəm. Yaxşı oynadıq, ancaq 2:0 önə keçdikdən sonra oyuna nəzarəti əldən verdik. Nəticədə qələbə hesabını qoruya bilmədik".
Qeyd edək ki, Srna Çexiya ilə oyundan öncə Xorvatiya millisinin himni oxunarkən gözyaşlarını saxlaya bilməyib. Türkiyə ilə oyundan sonra atası Üzeir Srnanın dünyasını dəyişdiyi xəbərini alan Xorvatiya millisinin üzvü görüşdən dərhal sonra ölkəsinə gedərək dəfn mərasiminə qatılıb. Yenidən Fransaya qayıdan Srna Çexiya ilə görüşün start heyətində meydana çıxıb.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki