Hazırda Antalyada təlim-məşq toplanışında olan Ağdamın «Qarabağ» klubunun yarımmüdafiəçisi Namiq Yusifov Qol.Az saytının suallarını cavablanırıb
- Komandanızın Antalyada təlim-məşq toplanışı necə gedir?
- Hər şey əladı. Ehval-ruhiyyə yüksək
səviyyədədir, uşaqlar məsuliyyəti başa düşürlər və tam gücləri ilə məşq edirlər.
- Baxışa gələn yeni futbolçular komandaya uyğunlaşa bilibmi? Şəxsən sən onlardan hansını bir futbolçu kimi daha çox bəyənirsən?
- Onlar haqda son sözü Qurban müəllim deyəcək, mən bu barədə nəsə söyləyə bilmərəm. O futbolçulardan hansı «Qarabağ»ın formasını geysə, onunla yaxınlıq edib özünü qərib hiss etməyə imkan verməyəcəyəm.
- Vaqif Cavadovun «Qarabağ»dan getməsi komandada ümumi əhval-ruhiyyəyə necə təsir göstərib?
- Əlbəttə, Vaqif kimi oyunçu komandaya böyük kömək idi, Azərbaycanın bir nomrəli futbolçusu adını ona təsadüfən verməyiblər. Amma bizdə kollektiv oyundu və inanıram ki, hər şey qaydasında olacaq. Vaqifin «Tvente»də də qollar vurub bizi sevindirəcəyinə inanıram.
- Azərbaycan futbolçularına xaricdə tanınan klublardan təkliflər gəlir. Vaqif Cavadov «Tvente»yə, Mahir Şükürov «Anji»yə keçdi. Namiq Yusifov da xaricdən dəvət alıb?
- Xeyr, ciddi bir təklif yoxdur.
- Deyilənə görə, futbolla yanaşı həm də bizneslə məşğulsan. İki işi birdən idarə etmək çətin deyil?
- Bəli, bir ara bizneslə məşğul oldum. Amma
futboldan əlavə nəsə ciddi bir iş görmək çətindir. Çünki hər zaman orda-burda olursan və işə istədiyin kimi nəzarət edə bilmirsən.. Ona görə də mənim biznes işimlə əsasən şəriklərim məşğul olur.
- Zaur Ramazanov deyir ki, bahalı «Porshe»sini sənə satıb. Deyəsən, sən də möhkəm maşın həvəskarısan.
- Hə, maşınları sevirəm. Ən sevdiyim marka da «Porshe»dir. Zaur maşını satmaq istəyəndə təklif etdim ki, maşını mən alım, başqasına qismət olmasın. Razılaşdıq. Həm surətlidir, həm də hündür maşındır. Bir sözlə, çox rahatdır.
- Bugünlərdə İnternetdə sənin heyvanlarda çəkdirdiyin şəkillərə rast gəldik. Akula, şir… Olmaya bu heyvanları özün saxlayırsan?
- Xeyr, elə heyvanları Bakıda saxlamaq hələ mümkün deyil. Xüsusilə akulanı. Sadəcə olaraq, heyvanları sevirəm. Maraqlı şəkillər çəkdirməyi də həmçinin.
- Yəqin ki, «ötən il sənin üçün hansı oyun daha yadda qaldı» sualını versəm, «Rusenborq»la Ağdamın işğalı gününə təsadüf edən Bakıdakı matçı qeyd edəcəksən. Əslən Ağdam rayonundan olduğunu nəzərə alsaq, bu oyuna daha çox peşəkar futbolçu, yoxsa torpağını itirmiş qarabağlı kimi çıxmışdın?
- Mən Azərbaycanın hər qarışını, o cümlədən onun ayrılmaz hissəsi olan Qarabağı çox sevirəm. Əminəm ki, inşallah, tezliklə bir də ora qayıdacağıq. Amma bildiyiniz kimi, futbol elə bir oyundur ki, burda soyuq baş və isti ürək lazımdır. Ona görə də emosiyaları cilovlayıb o oyuna çıxdıq, əlimizdən gələni etdik və belə bir həssas gündə istəyimizə çatdıq.
- Söhbətə təlim-məşq toplanışı ilə başlamışdıq, elə onunla da yekun vuraq. Bu topanışdan sonra çempionatın oyunları
başlayır. Səncə, «Qarabağ»ın yolu bundan sonra haradır - çempionluğamı?
- «Qarabağ»ın yolu həmişə zirvəyə doğru olub, bunun üçün axıra qədər vuruşmuşuq. İnanıram ki, Allahın köməkliyi ilə bu il layiqli yer tutacağıq. Unutmaq lazım deyil ki, komanda çoxdu, amma birinci yer
bir dənədi. İnanıram və əminəm ki, o yer ora layiq olana - «Qarabağ»a qismət olacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat