“Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov Qol.Az saytına müsahibə verib.
- Başlayaq, HİK-lə dünənki qarşılaşmadan. Səncə, “Bakı” niyə görə Finlandiya çempionuna qalib gələ bilmədi?
- İlk oyunda “Vaxş” üzərində qələbə qazanmaqla turnirə uğurlu start verdik. Bu uğurun ardını HİK-lə qarşılaşmada da gətirmək istəyirdik. Əgər Finlandiya çempionuna qalib gəlsəydik, o zaman demək olar ki, artıq ¼ finala vəsiqəni böyük ölçüdə təmin etmişdik. Lakin təəssüf ki, istəyimizə çata bilmədik.
- Sənin fikrincə, “Bakı” “Vaxş”la oyunla müqayisədə HİK-lə görüşdə niyə zəif təsir bağışladı?
- Mən deməzdim ki, komanda zəif təsir bağışladı. Bu oyunda da normal çıxış etdik. Əgər zəif oynasaydıq, o zaman bu qədər qol epizodu yaratmazdıq. Yeganə problem qol vura bilməməyimiz oldu. Yaxaladığımız şanslardan heç olmasa birini dəyərləndirsəydik, o zaman nəticə tam fərqli olacaqdı.
- Sabah “Bakı” qrupda son oyununu keçirəcək. “Aktobe” ilə qarşılaşma barədə nə deyə bilərsən?
- Bu oyun bizim üçün artıq böyük önəm daşıyır. Çünki mübarizəni davam etdirməyimiz bu matçdan asılıdır. Meydana qələbə üçün çıxacağıq. İstəyimizə çatacağımıza da inanıram. Bu dəfə daha yaxşı oynayıb, istədiyimiz nəticəni qazanmalıyıq.
- Amma sabahkı matçda “Bakı”nı heç-heçə də qane edəcək...
- Orası elədir. Amma biz bu haqda zərrə qədər də düşünmürük. Çünki oyuna heç-heçə üçün çıxsaq, məğlubiyyətlə üzləşərik. Həm də biz qrupu birinci pillədə başa vurmaq istəyirik. Bunun üçün isə sabah mütləq qələbə qazanmalıyıq.
- “Bakı” kuboku qazana biləcək?
- Bizim məqsədimiz də elə budur. Moskvaya kuboku qazanmaq üçün gəlmişik. Başqa bir nəticə bizim üçün uğursuzluq hesab olunacaq. Düzdür, bu, çoxlarının düşündüyü kimi heç də asan başa gəlməyəcək. Çünki turnirdən öncə müxtəlif fikirlər səslənsə də, oyunlar göstərir ki, turnirin səviyyəsi elə də aşağı deyil.
- Deyirlər şər deməsən, xeyir gəlməz. Sabahkı qarşılaşmada “Bakı” uduzacağı halda, mübarizəni elə qrup mərhələsində başa vuracaq...
- Biz bu haqda heç düşünmək belə istəmirik. Bizim yalnız bir məqsədimiz var - o da qələbə qazanmaq.
- Vaxt azlığına baxmayaraq, “Bakı”nın “Birlik Kuboku”na tam hazır olduğunu demək olar?
- 10 gün ərzində Antalyada yaxşı hazırlıq keçdik. Məşqlərdə hamımız bütün gücümüzü ortaya qoyurduq. İki yoxlama oyununda qüvvəmizi sınadıq. Fikrimcə, turnirə yaxşı hazırlaşmışıq.
- Komandaya transfer olunan yeni futbolçular haqda nə deyə bilərsən?
- Hamısı oynayan uşaqlardır. Əgər zəif olsaydılar, onları heç kim komandaya götürməzdi. Götürüblərsə, deməli komandaya faydalı olacağına məşqçilərimiz inanır. Amma dərhal da kimdənsə nəsə tələb etmək çətindir. Çünki futbolçunu komandaya uyğunlaşması üçün müəyyən müddətdə vaxt tələb olunur.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…