"Çox yaxşı əhval ruhiyyəm var. Çünki bərpa prosesim qaydasında gedir. Həm də ilk oyunumuzda qələbə qazandıq".
Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin yarımmüdafiəçisi Bastian Şvaynştayger "Avro-2016"da Ukraynaya qalib gəldikləri oyunla bağlı danışarkən deyib.
Almaniya Futbol Federasiyasının rəsmi saytına danışan 31 yaşlı futbolçu hələ 90 dəqiqə oynamağa hazır olmadığını bildirib: "Qol vurmağım çox çətin görünürdü. Çünki oyunun bitməsinə vaxt az qalmışdı. Bunu bacarmağım inanılmaz idi. Ancaq hələ 90 və ya 120 dəqiqə oynamağa hazır deyiləm. Hazırda maksimum 45 dəqiqə oynamağa gücüm çatar".
Qeyd edək ki, Ukrayna ilə matçın 90-cı dəqiqəsində meydana daxil olan Şvaynştayger 2 dəqiqə sonra komandasının ikinci qolunu vurub.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu