Sabah “Birlik Kuboku” turnirində “Bakı” ilə həlledici oyuna çıxacaq “Aktobe”nin və Qazaxıstan millisinin üzvü Yuri Loqvinenko Qol.Az saytına müsahibə verib.
- Turnirin təşkilatçılığı barədə nə deyə bilərsən?
- Təşkilatçılıq normal səviyyədədir. Həmişə olduğu kimi. Ötən illə müqayisədə yalnız komandaların qaldıqları otel dəyişdirilib. Başqa elə bir yenilik yoxdur.
- Komandaların səviyyəsi necədir?
- Səviyyə normaldır. İddialı klubların sayı elə də az deyil. İş də elə gətirib ki, iddialı klublardan üçü eyni qrupa düşüb. “Bakı”, “Aktobe” və HİK-in hər biri turniri qazanmaq gücdədir.
- 2 turdan sonra “Aktobe”nin çıxışına necə qiymət vermək olar? HİK-ə uduzmağınız bir qədər gözlənilməz oldu.
- Biz də belə olacağını gözləmirdik. Amma futbolda səhvə yol verirsənsə, deməli uduzmalısan. Artıq həmin məğlubiyyəti unutmuşuq. İndi bütün fikrimizi sabahkı oyuna yönəltmişik.
- “Bakı”yla görüş barədə nə deyə bilərsən?
- Oyunun çətin keçəcəyini məncə heç deməyə ehtiyac yoxdur. Biz mübarizəni davam etdirmək istəyirik. Bunun üçün isə yalnız və yalnız qələbə qazanmalıyıq. Geriyə yolumuz yoxdur. Bu səbəbdən də “Bakı” ilə oyunda bütün gücümüzü ortaya qoyub, məqsədimizə çatmağa çalışacağıq.
- “Bakı”nın oyununu görmüsən?
- Sözün açığı, yox.
- Amma yəqin ki, müəyyən qədər komanda haqda təsəvvürün var...
- Əlbəttə. Müəyyən informasiyaya malikəm. Sabah oyundan öncə də məşqçilərimiz bizə bütün lazımı məlumatları verəcəklər. Kimə qarşı oynadığımızı bilirik. “Bakı” güclü rəqibdir. Amma indiki halda bu bizim üçün heç bir əhəmiyyət daşımır. HİK-in son turda “Vaxş”la qarşılaşdığını nəzərə alsaq, çox güman ki, ya “Bakı”, ya da “Aktobe” mübarizəni davam etdirəcək. Biz isə ¼ finala yüksələn komandanın məhz “Aktobe” olmasını arzulayırıq.
- Ötən il turnirin finalçısı olduğunuzu nəzərə alsaq, bu dəfə qrupda qalmaq sizin üçün faciə olacaq?
- Futbolda nəyisə faciəyə çevirmək lazım deyil. Əgər uduzmusansa, günahı özündə axtarmalı və səhvlərdən nəticə çıxarmalısan.
- “Aktobe”nin qarşısına “Birlik Kuboku”nda hansı vəzifə qoyulub?
- Konkret vəzifə qoyulmayıb. Amma biz hər zaman qələbə qazanmağa öyrəşmişik. Ona görə də turnirdə maksimum nəticə göstərmək istəyirik.
- “Aktobe”nin heyətində digər Azərbaycan klublarına qarşı oynamısan. Həmin görüşlərdə “Aktobe” məğlubiyyət acısı yaşamayıb. Düşünmürsən ki, ənənəyə son qoymaq vaxtı çatıb?
- Məncə, ehtiyac yoxdur (gülür). Bunu zaman göstərəcək. Amma biz əlimizdən gələni edəcəyik ki, seriyanı bu dəfə də davam etdirək. Həm “Xəzər Lənkəran”, həm də “İnter”ə qarşı oynamışam. Bu dəfə isə rəqibimiz “Bakı” olacaq. Bayaq da dediyim kimi, “Bakı”nı tanımadığımdan bu komandaları müqayisə edə bilmərəm. Buna baxmayaraq, ötən il olduğu kimi yenə də Azərbaycan çempionuna qalib gəlmək istəyirik.
- Bu dəfə də 1:0 hesabı ilə?
- İndiki halda bu elə də böyük önəm daşımır. Əsas qələbədir. İstər 1:0 olsun, istərsə də 7:6.
- Özün də dedin ki, ötən il məhz “İnter”i məğlub etməklə finala vəsiqə qazandınız. Ötənilki “Aktobe” daha güclü idi, yoxsa indiki?
- Əlbəttə ki, keçənilki. Çünki həmin komanda oturuşmuş heyətə malik idi. Futbolçular bir-birilərini gözüyumulu başa düşürdülər. Amma indi komandanın heyətində beş yeni futbolçu var. Onların komandaya uyğunlaşması müəyyən vaxt aparacaq.
- Bir müddət əvvəl Ostapenko və Kukuyev “Bakı”da baxışda oldular. “Birlik Kuboku”nun püşkü atıldıqdan sonra onlarla əlaqə saxlayıb, komanda haqda hər hansı bir məlumat aldın?
- Yox. Bununla belə Kukuyevlə Ostapenkonun “Bakı”da baxışda olmalarından xəbərdaram. Transferin baş tutmamasının səbəbini deyə bilmərəm. Əgər indi onlar “Bakı”nın heyətində çıxış etsəydilər, həmyerlilərimizə qarşı oynamaq maraqlı olardı.
- Ümumiyyətlə, Azərbaycan futbolu haqda hansı məlumatlara maliksən?
- Elə də geniş informasiyam yoxdur. Düzdür, bildiklərim də var. Amma geniş məlumata sahib olmaq üçün gərək işin içində olasan. Lakin Azərbaycanda qazax futbolçu oynamır. Əgər oynasaydı, yəqin ki, məlumatımız daha çox olardı. Millinin üzvü olsam da, Azərbaycana qarşı oynamamışam.
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"
Karvaxal "Real"dan gedir?
"Turan Tovuz"dan yeni transfer
Ramazan bayramına görə matçların vaxtı dəyişdirildi
"Milan"a keçidi baş tutmayan Mateta əməliyyatdan imtina etdi
Penalti nöqtəsini qazdı, rəqib qol vura bilmədi - Video
"Real" imtina verdi, "Mançester Siti" fürsəti qaçırmadı
"Əl-Nəsr" Ronaldonun tələblərini yerinə yetirməyə başladı
Qurban Qurbanov: “Nəriman özündə deyildi, getməsi lazım idi”
"Neftçi" - "Qəbələ": Heyətlər
Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
Sən neylədin, Montiel! - Video
Luçesku xəstəxanadan evə buraxıldı
Tomas Tuhel "Nyukasl"ı çalışdıra bilər
Qurban Qurbanov meydanı qardan təmizləyir - Özəl video
“Şamaxı” – “Qarabağ” oyununun saatı dəyişdirildi
Cek Qriliş üçün mövsüm erkən başa çatdı
"Şamaxı" - "Qarabağ": Heyətlər açıqlandı
"Neftçi" braziliyalı oyunçu transfer etdi
Mourinyo Portuqaliya millisini çalışdıra bilər
"Şamaxı" - "Qarabağ" matçı təxirə salınır? - Video
“Qarabağ” Nərimanın ABŞ klubuna transferini açıqladı
Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı
"Fənərbaxça"nın qələbəsi - Video
Salah üçün fantastik təklif: Üçqat maaş
Aktürkoğlundan dubl, Taliskadan qol
Maaşı azaldılan Dibala vətəninə qayıda bilər
"Turan Tovuz" "Karvan Yevlax"ı belə məğlub etdi - Video
Arda Güler tənqid hədəfinə tuş gəldi
"Tottenhem"in futbolçusu sıradan çıxdı
"Kim güclü olacaqsa, o da oynayacaq" - Kurban Berdiyev
Ronaldo boykotu dayandırdı: Klub onun şərtlərini qəbul etdi
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"İmişli" - "Kəpəz" matçından - Video