“Birlik Kuboku”nda ölkəmizi təmsil edən “Bakı”nın baş meneceri Zeynal Məmmədov Qol.Az saytına müsahibə verib
- Arxada qalan iki tur ərzində “Bakı”nın çıxışını necə qiymətləndirirsiniz?
- İki turdan sonra 4 xal yığsaq da, bu nəticənin bizi tam qane etdiyini söyləmək olmaz. Çünki biz Finlandiya çempionuna da qalib gələcəyimizi düşünürdük. Komandada çatışmazlıqlar var.
- İlk oyunlarda yeni transferlərin çıxışından yəqin ki, razı qalmamısınız?
- Həqiqətən də onların nəsə qeyri-adi oyun göstərdiklərini demək olmaz. Adriano, Venio və Adnan dünənki oyunda ümidlərimizi doğrultmadılar. Ola bilər ki, komandaya uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyacları var.
- Düşünmürsünüz ki, baş tutan ilk iki oyunda yeni transferlər köhnə futbolçuların kölgəsində qalıblar?
- Mən sizinlə tam razıyam. Ola bilər ki, yenilər komandaya hələ tam uyğunlaşmayıblar. Götürək Adrianonu. Uzun illər Braziliyada oynayıb. Oradakı isti hava şəraiti ilə Moskvanın soyuğunu müqayisə etmək olmaz. Venio Adrianoyla müayisədə bir qədər fəal idi. Adriano Bəxtiyar Soltanovun etdiyinin heç 50 faizini də etmədi. Meydançadanın ot örtüyünün süni olması da öz sözünü deyir. Çünki Venio özü deyirdi ki, ömründə ilk dəfədir bu cür meydanda oynayıram. Ona görə sonadək mübarizə apara bilmədi, əvəzlənməsini istədi. İstənilən halda yeni futbolçuların zaman ehtiyacları var. Onların komandaya fayda verəcəklərini və öz sözlərini deyəcəklərinə inanıram.
- “Aktobe” ilə sabahkı görüş barədə nə deyə bilərsiniz?
- Meydana yalnız qələbə üçün çıxacağıq. Çünki komandanın qarşısına finaladək irəliləmək və kuboku qazanmaq tapşırığı qoyulub. Turnirdə Azərbaycanı layiqincə təmsil etməliyik. Bu səbəbdən sabah bütün gücümüzü meydanda qoyub, istədiyimiz nəticəni qazanmalıyıq. “Aktobe”ni də udub, 1/4 finaldakı rəqibimizi gözləməliyik. Düzdür, HİK-lə oyunda özümüz işimizi bir qədər çətinləşdirdik. Dünən komanda qələbə qazanmalıydı. Qol şanslarımız da oldu. Amma təəssüf ki, həmin şanslardan yararlana bilmədik.
- “Aktobe” “Birlik Kuboku”nda Azərbaycan klubları üçün arzuolunmaz rəqib hesab edilir. Həm “Xəzər Lənkəran”a, həm də “İnter”ə qalib gəlib. “Bakı” bu uğursuz ənənəyə son qoya biləcək?
- Biz də məhz buna çalışırıq. İstəyirik ki, “Aktobe”ni məğlub edək. Qoy, gələcəkdə qazaxlar daha deməsinlər ki, biz həmişə Azərbaycan klublarını üstələmişik. Amma “Aktobe”nin də güclü rəqib olduğunu söyləmək lazımdır. Onların da məqsədi məhz kuboku qazanmaqdır. Sözün açığı, biz əvvəldən düşünürdük ki, bu qrupdan “Aktobe” və “Bakı” növbəti mərhələyə yüksələcək. Şəxsən mən belə hesab edirdim ki, ilk iki turu həm biz, həm də qazaxlar itkisiz başa vuracaq və son turdakı oyunumuz formal xarakter daşıyacaq. Amma onlar HİK-ə uduzmaqla işləri korladılar. Özləri özlərini çətinə saldılar. Onlara baxanda bizim işimiz bir qədər asandır. Çünki sabah ən pis halda heç-heçə oynamalıyıq.
- Düşünmürsünüz ki, məhz bu amil komandaya problem yarada bilər?
- Hansısa problem olacağına inanmıram. Biz meydana yalnız qələbə üçün çıxacağıq. Gərək qələbəni düşünək ki, ən azı heç-heçə edək. Heç-heçə üçün meydana çıxsaq, o zaman uduza da bilərik. Bu nəticə haqda isə heç düşünmürük. Çünki qrup mərhələsini keçmək bizim minimum vəzifəmiz belə deyil. Mən inanıram ki, qrupdan çıxsaq, ən azı finaladək irəliləyəcəyik. Hesab edirəm ki, elə ən çətin oyunumuz da sabakı qarşılaşma olacaq.
- Komandanın prezidenti Hafiz Məmmədov burada olmasa da, yəqin ki, sizinlə tez-tez əlaqə saxlayıb, komandanın durumu haqda məlumat əldə edir.
- Əlbəttə. Hafiz müəllimlə gün ərzində bir neçə dəfə zəngləşirik. Oyunun gedişi, futbolçuların çıxışı haqda bütün lazımı məlumatları ona çatdırırıq. Hafiz müəllim qarşımıza kuboku qazanmaq tapşırığı qoyub. Bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…