Türkiyə millisinin baş məşqçisi Fatih Terim “Avro-2016”da Xorvatiyaya 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
Qol.az-ın xəbərinə görə, keçirdiyi mətbuat konfransında o deyib:
- Turnirə istədiyimiz kimi başlaya bilmədiyimiz üçün təəssüflənirik. Birinci hissədə yaxşı oynadıq, çox şansımız oldu. Fasilədən, xüsusən 60-cı dəqiqədən sonra sürəti aşağı saldıq. Xorvatiya ikinci hissədə daha yaxşı oynadı. Rəqibimiz çox güclüdür. Onlar “Avro-2016”da çox uzağa gedə bilərlər. Bizim qrupda İspaniya və Çexiya ilə matçlarımız var. İstədiyimiz nəticəni qazanmaq bütün gücümüzü ortaya qoyacağıq.
- Bu məğlubiyyət komandanıza hansı dərsi verdi?
- Topa daha çox sahib olmalıyıq. Birinci hissədə bu, bizdə alındı və bərabər səviyyəli oyun getdi. Bundan başqa, hesabı açmaq üçün gözəl imkanımız oldu. Bu oyun bizə onunla dərs verdi ki, topu asanlıqla itirməməli, sonra yenidən əldə etmək üçün onun dalınca qaçmamalısan. Rəqibə daha çox təzyiq etməliyik.
- O doğrudur ki, siz Türkiyə millisinin matçına isveçli hakimin təyin olunmasını istəməməsiniz?
- Bəli, mən bu haqda danışmışdım.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki