UEFA Rusiya milli komandası barədə intizam işi açıb.
Qol.az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, buna rus azarkeşlərin İngiltərə ilə oyun (1:1) vaxtı və sonra ingilis fanatlara qarşı davranışı səbəb olub. Onlar tribunada ixtişaş yaratmaqda, irqçilikdə və pirotexniki vasitələrin istifadəsində günahlandırılır.
Rusiya millisi barədə sanksiyanın UEFA-nın İntizam Komitəsinin iyunun 14-də keçiriləcək iclasında qəbul olunacaq.
Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyası ilə bağlı hər hansı iş açılmayıb.
Qeyd edək ki, dünənki matçdan sonra bir qrup rus azarkeş ingilislərin oturduğu sektora keçərək onlara hücum edib. Yalnız təhlükəsizliyi təmin edən stüardların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Yeri gəlmişkən, belə hallara görə komandaya ən yaxşı halda maddi cəza tətbiq edilir. Amma yarışın əsasnaməsində göstərilir ki, bu cür durumlarda qaydanı pozan azarkeşlərin sektoru qapıdıla və ya komandanın xalı silinə bilər.
Qeyd edək ki, “Avro-2012”də Çexiya ilə matçda yaşanan bənzər olaylar səbəbindən UEFA Rusiya millisinin 6 xalını şərti olaraq silib. Bu dəfə qərar verilərsə, həmin şərti cəzanın qüvvəyə minəcəyi istisna deyil.
Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bildirib ki, UEFA böyük ehtimalla RFİ-yə maddi cəza tətbiq edəcək.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər