Xorvatiyalı futbolçu rəsmən "Qəbələ"də

Xorvatiyalı futbolçu rəsmən "Qəbələ"də
ÖLKƏ FUTBOLU 11 İyun 2016 / 17:38 8731
-  A +

2016/2017 mövsümünün hazırlıqlarına start verən “Qəbələ” daha bir futbolçunu transfer edib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ardıcıl 3-cü dəfə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” heyətini xorvatiyalı Filip Ozobiçlə gücləndirib.
 
25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2006-2011-ci illərdə Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edən Ozobiç “Mladost” (Zdralovı) klubunun yetirməsidir. Xorvatiyada “Dinamo” (Zaqreb), “Zadar”, Rusiyada isə “Spartak”ın (Moskva) yeniyetmə və gənclərdən ibarət komandalarının şərəfini qoruyan yarımmüdafiəçi peşəkar karyerasına da vətənindən kənarda başlayıb. 2008-2013-cü illərdə “Spartak”ın futbolçusu olan xorvatiyalı icarə əsasında Split “Hayduk”unda (2012-2013) da çıxış edib. 2013-cü ildə “Slaven”ə keçən Filip son üç mövsümü də Xorvatiya klubunun şərəfini qoruyub. Bu komandanın heyətində 89 oyuna çıxan yarımmüdafiəçi 15 qol vurub.

Daha çox


Son xəbərlər