"Oyuna qorxaq başladıq. Açılış matçı olduğundan bizdən gözləntilər çox idi. Azarkeşlər qarşısında öhdəliklərimiz bilirdik. Yarışa qələbə ilə başlamaq bizim üçün əhəmiyyətli idi. Şadam ki, Payenin qolu ilə buna nail olduq".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam "Avro-2016"da Rumıniyaya 2:1 hesabı ilə qalib gəldikləri açılış matçından sonra deyib.
O, Rumıniya millisi haqda müsbət fikirlər səsləndirib:
"Rumıniya yığması yaxşı futbolçulardan təşkil edilib. Onlar təkcə müdafiədə oynamaqla kifayətlənmir. Bu komanda meydanda boş zonalar tapa bilir. Bilirdik ki, onlarla oyun çətin olacaq".
Təcrübəli mütəxəssis qələbə qolunun müəllifi Dimitri Payenin oyundan çıxarkən ağlamasına toxunaraq qalib gəldikdən sonra göz yaşlarının gözəl olduğunu söyləyib:
"Göz yaşları gözəldir! Paye bacarıqlı futbolçudur. O, hər iki ayağı ilə yaxşı oynayır. Bu gün o, komanda üçün əhəmiyyətli qol vurdu. O, matçın taleyini həll etdi. Əgər bir oyunçu "doqquzluğ"a qol vurmağı bacarırsa, deməli, o, həmişə rəqiblərə problem yaradacaq".
D.Deşam Rumıniyanın heç də asan rəqib olmadığını da vurğulayıb:
"Bunun fərqində idik. Bir çox səhv etdik, rəqib də yaxşı müdafiə olundu. Rəqibin də, bizim də qol imkanlarımız var idi. Qol vurmaq üçün mübarizə apardıq və ən sonda istəyimizə nail olduq. Sona qədər qazanmaq üçün oynadıq. Bu qələbə gələcək oyunlarda əhval-ruhiyyəmizə əla təsir edəcək".
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat