Obameyanq “Mançester Siti”yə doğru

Obameyanq “Mançester Siti”yə doğru
GÜNDƏM 8 İyun 2016 / 01:25 6754
-  A +

Dortmund “Borussiya”sında yaxşı mövsüm keçirən Pyer-Emerik Obameyanq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

Bildirilir ki, qabonlu hücumçu “Mançester Siti”yə keçməyə yaxındır. Klub nümayəndələri Dortmund təmsilçisi ilə danışıqlara başlayıb və tərəflər arasında razılıq əldə olunub.

Almaniya mətbuatı da 26 yaşlı forvardın  Premyer Liqada oynamağa can atdığını yazıb.

Qeyd edək ki, Afrikada ilin futbolçusu seçilən Obameyanq ötən mövsüm “Borussiya”da 49 oyuna 39 qol vurub.

Daha çox


Son xəbərlər