“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz “HİK”lə oyundan sonra Qol.Az saytına müsahibə verib.
- İlk növbədə bugünkü qarşılaşma haqda fikirlərinizi bildirərdiniz.
- Bu gün komanda normal oynadı. Qələbə qazanmamağımıza baxmayaraq, pis oynadığımızı düşünmürəm. İlk hissə bərabər mübarizə şəraitində keçdi. Rəqibin də, bizim də qol vurmaq üçün şanslarımız oldu. Amma fasilədən sonra üstünlük böyük ölçüdə bizim tərəfimizdə idi. Topa daha çox sahib olan tərəf də biz idik. Qol vurmaq üçün xeyli şansımız oldu. Amma təəssüf ki, bunlardan istifadə edə bilmədik və nəticədə meydandan yalnız bir xalla ayrıldıq.
- Sizcə heç-heçə layiqli nəticə idi?
- Bayaq da dediyim kimi, ikinci yarıda oyuna nəzarət edirdik. Qol epizodları da yaratdıq. Yeganə çatışmayan cəhət həmin şanslardan yararlanmamağımız oldu. Təbii ki, qələbə qazansaydıq, daha yaxşı olardı.
- Özünüz də dediniz ki, komanda xeyli sayda qol epizodu yaratsa da, bunlardan istifadə edə bilmədi. Bunu nə ilə əlaqələndirirsiniz? Bəlkə futbolçuların ustalıq səviyyəsi aşağıdır?
- İki günə iki oyun oynamaq çox çətindir. Yarışın təqvimi də sıxdır. Biz bəzi gənc oyunçulara şans veririk. Onlar pis oynamırlar. Meydanda bütün güclərini qoyurlar, çalışırlar. Amma təkcə bununla iş bitmir. Mənə elə gəlir ki, uşaq yaşlarında onlara heç nə öyrətməyiblər. Bu məsələ haqda düşünmək lazımdır. Yoxsa ki, “Xəzər Lənkəran” uddu, “Bakı” uduzdu... Gənclərin oyununa baxanda elə təəssürat yaranır ki, sanki onlara uşaq vaxtı məşqçiləri heç nə öyrətməyib. Belə olmaz axı. Bu məsələni qabartmaq lazımdır. Çalışmaq lazımdır ki, bu cür səhvlər gələcəkdə təkrarlanmasın. Əks halda Azərbaycan futbolunun inkişaf etməsi, uğur qazanması daha çətin olacaq.
- Yeni transferlərdən Venio, Adriano və Kürşat Duymuş bu gün ilk dəfə “Bakı” nın heyətində rəsmi oyunda meydaça çıxdılar. Onların çıxıışı barədə nə deyə bilərsiniz?
- Bunu əvvəllər demişəm, növbəti dəfə də təkrar edirəm - mən heç vaxt ayrı-ayrılıqda futbolçularım haqda danışmıram. Udanda da komanda udur, uduzanda da komanda uduzur. Buna görə də kimisə ayrı-ayrılıqda fərqləndirmək istəmirəm.
- Digərləri ilə müqayisədə Venio daha sönük görünürdü...
- Bu sizin şəxsi fikrinizdir. Amma mən belə düşünmürəm. O heç də pis təsir bağışlamadı. Hətta deyərdim ki, yaxşı oynadı.
- Əgər yaxşı oynadısa, o zaman niyə onu əvəzlədiniz?
- Məgər yaxşı oynayan futbolçunu əvəzləmək olmaz?
- Təbii ki, olar. Amma bu, nadir hallarda olur.
- Venio özü əvəzlənməsini istədi.
- Dünən “Vaxş”la oyundan sonra meydançanın durumundan şikayətləndiniz. Bu dəfə necə, “Dinamo” ilə müqayisədə “Olimpiyski”nin qazonunun daha yaxşı olduğunu söyləmək olar?
- Bunun heç bir fərqi yoxdur. Əgər ot örtüyü sünidirsə, o zaman yaxşı nəsə demək olmaz. Mən süni meydançadan əbəs yerə şikayətlənmirəm. Bu cür meydanda oynamaq çox çətindir. Futbolçular daha çox çətinliklə qarşılaşırlar və onların zədə almaq ehtimalı yüksəkdir.
- Ola bilər ki, hansısa futbolçu süni meydançada zədə almaq şansının çox olduğunu düşünərək, özünü qorusun?
- Belə bir şey ola bilməz. “Bakı”da mənim rəhbərliyim altında hər bir futbolçu meydanda bütün gücünü qoyur. Başqa cür də ola bilməz.
- Ötən oyunda qapını Sissoko, bu dəfə isə Şarliya qorudu. Həqiqətənmi Bülənt Qorxmaz hələ də komandasının “1 nömrə”sini müəyyənləşdirə bilməyib?
- Mən dedim axı ayrı-ayrılıqda futbolçularımı dəyərləndirmək istəmirəm. Sərəncamımda olan hər bir oyunçu mənim üçün dəyərlidir.
- Onda sualı belə qoyaq. “Aktobe” ilə qarşılaşmada qapını kimə etibar edəcəksiniz?
- Bunu bilmirəm, heç bilsəm də deməzdim.
- Komandanızın qrupdan çıxmaq şansını necə dəyərləndirisiniz?
- Şansımız və qarşıda bir oyunumuz var. İndidən qəti fikir söyləmək olmaz. Amma sonadək vuruşacağıq.
- Son turda “Aktobe” ilə görüşdə “Bakı”nı heç-heçə də qane edəcək. Siz qrupdakı son oyunda meydana qələbə, yoxsa heç-heçə üçün çıxacaqsınız?
- Biz hər zaman qələbəyə oynayırıq. “Aktobe” ilə görüş də istisna olmayacaq. Amma oyunda nə olacağını indidən söyləmək olmaz. Bu futboldur və nəticəni qabaqcadan müəyyənləşdirmək olmaz.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat